“Azərbaycana və onun siyasi mühitinə elə bir töfhə vermişəm ki…” – VİDEO

Əvəz Zeynallı və Rauf Arifoğlunun videomüsahibəsi – yığcam variant

Xəbər verildiyi kimi, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ötən həftə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə görüşərək, ondan xural.com saytının “Qaynar Qazan” rubrikası üçün geniş müsahibə götürüb. Müsahibə zamanı o, özünün və sosial şəbəkə istifadəçilərinin R.Arifoğluya ünvanladığı sualları verib. 

Maraqlı müsahibənin videoyazısı tam şəkildə (82 dəqiqə) Musavat.com saytında yerləşdirilib və bu materiala 7 mindən çox baxış olub. Ancaq bir çox oxucular müsahibənin həcminin həddindən artıq böyük olduğunu, vaxt məhdudluğu baxımından çatdırıb baxmaq imkanında olmadıqlarını bildirirərək iradlarını dilə gətiriblər.
Musavat.com oxucuların haqlı tələbini nəzərə alaraq müsahibəninin bir sıra yerlərini ixtisar edərək, onu oxucularına daha yığcam variantda və iki hissədə təqdim edir. Baxmayanlar, eləcə də təkrar baxmaq istəyənlər buyurub iki baş redaktorun söhbətini istədikləri yerdən dinləyə bilərlər.
Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button