Azərbaycanda ədaləti necə bərpa etmək olar!?

Sevinc Sadıqova

Müstəbid (zalım, zülmkar, qaniçən) və ədalətsiz qanunlarla idarə olunan dövlət uzun müddət mövcud ola bilməz amma çox təəssüf ki, bizdə hələ mövcuddur. Hakimiyyətin ömrü və möhkəmliyi dövlət başçısının zəkasından, ədalətindən və müdrikliyindən asılıdır. Dövləti uzunömürlü edən amillər sırasına humanist qanunların icra olmasıdır. Əslində bu hümanist qanunlar var bizdə amma icra olunmur, daha doğrusu icra olunur amma tam tərsinə. Mən hesab edirəm ki, dövlət məhz humanist qanunlar vasitəsilə idarə olunmalıdır. Humanist qanunlar həmişə ədalətli köklərlə bağlı olur. Mən azadlığıma (söz azadlığı, normal insan kimi yaşamaq azadlığı vəs) mənə möhkəm iradə verən, mənim mübarizə və əzimkarlığımı artıran, ruhumu saflaşdıran, qüdrətli bir vasitə kimi baxıram və düşünürəm ki, sizlər üçündə belədir. Bu gün yaşadıqlarımdan dolayı bir daha özüm özlüyümdə dərk etdim ki, Sevinc Azərbaycanda ədalət axdarma dedim.
Düşünürəm ki, kamil insan heçnədən qorxmadan, çəkinmədən ədalətsizliklə mübarizə aparmalı və bu ədalətsizliklə barışmamalıdır və belə bir ədalətsiz dövlətin qulu olmamalı. Unutmayaq ki, güc birlikdədir.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button