Azərbaycanda 10 yeni su anbarı yaradılacaq-SİYAHI

Azərbaycanda yeni su anbarları yaradılacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, dağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarları aşağıdakılardır:

  1. Əlicançay su anbarı
  2. Qudiyalçay su anbarı
  3. Vəlvələçay su anbarı
  4. Qaraçay su anbarı
  5. Qusarçay su anbarı
  6. Ağsuçay su anbarı
  7. Türyançay su anbarı
  8. Yengicə su anbarı
  9. Viləşçay su anbarı
  10. Zəyəmçay su anbarı.

“Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2020-2021-ci illərdə ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsini təmin etməlidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button