Azərbaycanda bu gün 31 bankın kartı işləməyəcək

Azərbaycanda bu gün 31 bankın kartı işləməyəcək
Bu gün saat 14:30-dan 15:30-a kimi “Azericard” Prosesinq Mərkəzi göstərdiyi xidmətləri qismən məhdudlaşdıracaq.
Bu barədə “Azericard” MMC məlumat yayıb.
Məlumata görə, mərkəzin fəaliyyətini məhdudlaşdırması sistemdə aparılan təmir işləri ilə əlaqədardır.
Qurumun açıqlamasına görə, qeyd olunan vaxt ərzində plastik kartlar üzrə onlayn rejimdə əməliyyatlar həyata keçirilməyəcək.
Qeyd edək ki, “Azericard” Prosesinq Mərkəzi 31 bank təşkilatına xidmət göstərir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button