Azərbaycanda daha 11 dini icmaya şəhadətnamə verilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi24.07.2013
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlət qeydiyyatından keçmiş icmalara şəhadətnamələr təqdim edib.

DQİDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təqdimetmə Dövlət Komitəsi tərəfindən Respublikasının müxtəlif bölgələrindən dəvət olunmuş, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən ən aktiv dini icmalarının nümayəndələrinin, tanınmış ilahiyyatçıların, ictimaiyyət nümayəndələrinin  iştirakı “Dini icmaların sosial layihələrinə dəstək” mövzusunda müsabiqəsinin təqdimatı zamanı baş tutub.

Mərasimdə 11 dini icmaya şəhadətnamələr təqdim olunub.  Şəhadətnamə alan icmalar çıxış edərək son bir ildə Dövlət Komitəsinin fəaliyyətində dini icmalarla sıx əməkdaşlığı yüksək qiymətləndiriblər. Qeyd edilib ki, Komitə tərəfindən təşkil edilən bütün tədbirlərə dini icmaların cəlb edilməsi təqdirəlayiq haldır. Tədbir ənənəvi iftar süfrəsi ilə davam edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button