Azərbaycanda “gey-parad xəbəri yalandır”

Çərşənbə axşamından bəri mediada ən çox danışılan mövzu Azərbaycanda may ayında “gey-parad”ın keçirilib-keçirilməməsidir.

Yerli mediadakı məlumatlara görə, nighttours.com saytında “22 -26 may tarixlərində Bakıda beynəlxalq “mavi” paradının keçiriləcəyi” yazılıb və bir gün sonra məlumat çıxarılıb.

Media çıxarılmanı “sayta şikayət edilməsi” və “hakimiyyətin göstərişi ilə edildiyini” yazır.

Saytın marketinq və PR üzrə nümayəndəsi Danny BBC Azərbaycancaya deyir ki, “biz Bakıda heç bir gey-paradın keçirilməsini planlaşdırmırıq”.

“Biz yalnız geylərin maraqla qarşıladığı Eurovision-2012 musiqi yarışmasını (EMY) öz “Beynəlxalq Gey Qurür və Gey Tədbirləri” sıyahısına salmışıq. Lakin bu yarışmanı “gey tədbiri” kimi deyil, “gay friendly-geylərə rahat (açıq, dostyana)” tədbir kimi təqdim etmişik”.

Danny deyir ki, bütün dünyada EMY milyonlarla gey fanatların diqqətini çəkir, “yəqin ki, onlar gələn mayda Bakıya gələcəklər”.

Nighttours.com saytı dünya üzrə gey gecə həyatı barədə məlumatlar yayan və başqaları tərəfindən planlaşdırılan tədbirlərin siyahısını tərtib edir.

Danny onu da deyir ki, onlar tədbiri siyahıdan çıxarmayıblar. “Təəccüblüdür, biz yalnız indi fikir verdik ki, tədbir və Baku şəhəri haqda məlumat bizim məlumat bazamızdan silinib”.

Bu bazaya yalnız özündən başqa bir nəfərin də girişi olduğunu deyən Danny deyir: “Təsdiq edirəm ki, bizim saytımıza kənardan xaker hücumuna məruz qalıb və məlumat şəbəkəmizdən silinib”.

Danny deyir ki, onlar bu məsələnin Facebook-da müzakirələrə səbəb olduğunu bilirlər.

Hazırda sayt məsələnin baş vermə şəraitini aydınlaşdırır. Məsələ həll edildikdən sonra EMY-in yenidən məlumat bazasına daxil edilə bilər.

Rəsmi olaraq inkar edilən “gey-parad” mövzusu şəbəkələrdə müxtəlif fikirlərə səbəb olub. Mövzuya tənqidlə yanaşanlar tədbiri “mentalitetə zidd hərəkət” kimi adlandırıb və “Azərbaycanın islam ölkəsi olduğunu” xatırladıblar.

13.01.2012

BBC Azərbaycan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button