Azərbaycanda iki nəfər seldə həlak olub

Azərbaycanın qərbində Gəncəçay çayında sel nəticəsində iki nəfərin həlak olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə Regional Qrupundan “Turan”a verilən məlumata görə, mayın 25-də sel nəticəsində Göygöl rayonunun Topalhəsənli kəndində iki nəfərin itkin düşməsi haqqında məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə isə, həmin şəxslərin meyitləri mayın 26-da səhər Gəncə şəhərində çayın aşağı axınında tapılıb.

“Mayın 25-də Göygöl rayonunda sel axınları bəzi kəndlərdə qaz, işıq, rabitə xətlərinə və yollara ziyan yetirib”, – yerli qurumlardan bildirilib. İlkin məlumata əsasən, sel nəticəsində beş nəqliyyat vasitəsinə ziyan dəyib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal və qərb rayonlarında yağıntılar mayın 31-nə qədər davam edəcək. Dağlıq və dağətəyi rayonlarda yağıntı intensiv xarakterli ola bilər. Tufan olacağı, dolu düşəcəyi ehtimalı var.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button