Azərbaycanda qəhrəmanın kimliyinə ancaq məmurlar qərar verə bilərlər?! – AUDİO

kamran babayevYanğından insanları xilas edən fəhlənin SƏS yazısı – Onu niyə dəli etdilər?

Bir neçə gündür medianın gündəmindən düşməyən yanğın hadisəsində qəhrəmanlıq göstərdiyi haqda şəkillər yayılan və 4 nəfəri xilas etdiyini deyən Kamran Babayevin atası oğlunun əqli çatışmazlığının olduğu ilə bağlı müsahibə verib.

O, Kamranın yalan danışdığını iddia edib. Bu açıqlamadan sonra xəbəri yayan media orqanları insanların hissləri ilə oynamaqda, hadisədən istifadə edib gündəm yaratmaqda ittiham edilir.

Məsələyə aydınlıq gətirmək üçün bir neçə məqamı oxucuların diqqətinə çatdırmağı özümüzə borc bildik.

Əvvəla Kamran Babayev məsələsi ilə bağlı açıqlama xəbər saytlarında yayımlansa da sözügedən şəxs ATV telekanalının reytinqli verilişlərindən birində milyonlar qarşısına çıxaraq bu hadisədən danışıb.

Sözsüz ki, Kamranın qonaq olduğu verilişdə ekspertlər də iştirak edirdi və milyonlarla insan, həmçinin ekspertlər onun əqli çatışmazlığının olmasından şübhələnmədi.

İkinci məsələ olaraq qeyd edək ki, Kamranın atası APA TV-yə müsahibəsində yalan danışdıqlarına dair bir neçə dəlilimiz var. O, müsahibəsindən bir gün əvvəl AzNews.az-ın əməkdaşı ilə telefonla danışıb. O, Kamranla danışmaq istəyən əməkdaşımıza oğlunun yatdığını söyləsə də, bir neçə saniyə sonra bəlli olub ki, Kamran oyaqdır. Sadəcə atası Kamranı mediadan uzaq tutmağa çalışdığı üçün belə bir yalan uydurub. Lakin ata əməkdaşımıza oğlunun əqli çatışmazlığının olması ilə bağlı heç bir şey söyləməyib. Kamranla danışmağa nail olan əməkdaşımız onun səhhətinin son vəziyyəti ilə bağlı məlumatlar alıb.

Belə olduğu halda atasının fikrini dəyişməsi, oğlunun dəli olması ilə bağlı fikirlər səsləndirməsi ortaya bir neçə sual çıxarır. AzNews.az-ın əldə etdiyi məlumata görə atasının bu cür açıqlama verməsi onun oğlunun istintaqa çağırılması ilə bağlı xəbərdarlıqdan sonra baş verib. Məlum olduğu kimi yanmış binada sakinlərlə yanaşı hadisə şahidləri və aidiyyatı qurumların əməkdaşları dindirilir. Kamranın açıqlamasında binada baş verən hadisələrlə bağlı bir çox məqamlar (oğlanın özünü binadan atması kimi – red) istintaq üçün maraqlı ola bilərdi. Görünür, Kamranın atası oğlunun dindirilməsindən narahat olub və onu məsuliyyətdən yayındırmaq üçün belə bir addım atıb.

Bundan əlavə, onun şəkillərini yayan fotoqraf Ehtiram Cəbi AzNews.az-a açıqlamasında deyib ki, şəkli hadisədən bir gün sonra hadisə yerində çəkib. Kamranın ona danışdıqları ilə AzNews.az-a müsahibəsi eynilik təşkil edir. Hadisə şahidləri də Facebook-da Kamranı hadisə yerində gördüklərini və oarada kömək edtiyini yazıblar.

AzNews.az APA TV-nin yaydığı müsahibədən sonra yayımladığımız materialla bağlı oxucularımız tərəfindən bir çox suallar yarandığı üçün Kamran Babayevlə əməkdaşımızın söhbətinin səsyazısını olduğu kmi təqdim edir. Hər halda biz iddia etmirik ki, Kamranın bizə danışdıqlarının hamısı həqiqəti əks etdirir. Hər kəs öz sözlərinə görə məsulliyət daşıyır.

AUDİO yazını təqdim edirik:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button