“Azərbaycanda sürətli təbəqələşmə sosial narazılıqlara yol açıb”

11.02.2012

BBC-Azerinin verdiyi məlumata əsasən, Birləşmiş Ştatlar paytaxtında mənzillənən nüfuzlu George Washington Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları Mərkəzi Azərbaycanın timsalında “Hibrid Rejimlərdə dövlət-cəmiyyət münasibətləri” mövzusunda araşdırma aparır.

Forumda Universitetin türk-əsilli araşdırmaçısı Gokhan Alper Ataser deyib ki, “Kənardan müşahidə etdikdə, Azərbaycan hibrit rejimlə avtoritarizm arasında var-gəl edir”, .
Onun fikrincə, neft gəlirləri sayəsində varlanan Azərbaycanda sürətli təbəqələşmə və iqtisadi inhisar kimi problemlər xüsusilə son illərdə sosial narazılıqlara yol açıb. Buna baxmayaraq, hakimiyyət narazı səslərin boğmaq və xaricdən gələn çağırışlara qulaq tıxamaq yolunu tutub. Müxalifətdən “dindarlığa” keçənlər İqtidarın zərbələri altında davam gətirməyə çalışan müxalifət partiyalarının fəaliyyəti daha çox özlərinin xilasına yönəlib, nəinki hakimiyyət uğrunda mübarizəyə.

“Siyasi müxalifətdən əlini üzənlər isə bir sıra hallarda dinə pəhan aparırlar. Artıq Azərbaycanda din müəyyən mənada sosial dolanışıq sisteminə dönməkdədir”, deyib araşdırmaçı. Onun təbirincə, dini mübarizə ölkə miqyasında radikal xarakter almasa da, ölkədə şəriət üsul-idarəsi ilə yaşayanlar bəzən “müxalifətdən daha möhkəm danışırlar”. Ümid gənclərədir Ancaq araşdırmaçı əmindir ki, “yeni cücərən” siyasi potensial, xüsusilə də müasir texnologiyaları mənimsəmiş gənclik ordusu Azərbaycanı məsələn, Mərkəzi Asiya ölkələrindən fərqləndirir.

“Hətta hökumət sistemində özlərinə iş tapa bilmiş gənclər neft gəlirlərinə baxmayaraq, ölkələrinin gələcəyindən narahatlıqlarını gizlətmirlər”, deyıb cənab Ataser.
Öz növbəsində indiki hakimiyyətin yuxarı eşelonu, analitikin təbirincə, “qocalmaqdadır” və tədricən, onun gənc bürokratlarla əvəzlənəcəyi qaçılmazdır.
Buna baxmayaraq, sosial qütbləşmə, yerlibazlıq, və digər siyasi “yaralar” hələ uzun illər Azərbaycanın gələcək liderlərinin qarşısında indiki rejimdən “miras” qalmış ən mühüm bəla olaraq qalacaq, deyib araşdırmaçı.

Universitetin forumana Vaşinqton rəsmiləri, analitiklər və tələbələr qatılıblar.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button