Azərbaycanda tütün məmulatlarının istehsalı 80%-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın emal sənayesində 7 232,9 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, , bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% çoxdur.

Hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 80,8 %, qida məhsullarının istehsalında 8,1 % artım, içki istehsalında isə 5 % azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 79,3%, duru bitki yağlarının istehsalı 4,6 %, kərə yağının istehsalı 5,4 %, kolbasa məmulatlarının istehsalı 8,4 % artıb, marqarin istehsalı isə 8,7 % azalıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button