Azərbaycanda yeni neft bumu gözlənilir!

Socar Conoco/Filips-lə birgə Azərbaycanı şimali quru hissəsində mezozoy təbəqələrini öyrənmək niyyətindədir

 SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin verdiyi məlumata görə, mezozoy təbəqələri ilə bağlı problem ondan ibarətdir ki, onları aşkar etmək çətindir, belə ki, onlar müxtəlif dərinliklərdə yerləşir. “Bəzi yerlərdə bu, 30 min metr, bəzi yerlərdə 3-5 min metr təşkil edir, bəzi yerlərdə isə tamamilə üzdə yerləşir. Biz bu təbəqələri tədqiq etməyə başlamışıq, amma bizim vəsaitimiz çatmayıb. Xaricilər bunu öhdələrinə götürmək istəyirlərsə, bizim etirazımız yoxdur, amma onlar bizə fəaliyyət planı təqdim etməlidirlər”, deyə o qeyd edib. Yusifzadə həmçinin qeyd edib ki, araşdırma zamanı 3D seysmik kəşfiyyatı aparılacaq.

Neft hasilatı sahəsində adının açıqlanmasını istəməyən ekspertlərdən biri “Turan”a bildirib ki, Amerikanın üçüncü ən böyük neft şirkəti olan Sonoco/Filips-in Azərbaycanın quru ərazilərindəki yataqlara olan marağı Yusifzadənin bəhs etdiyi məsələnin ciddiyyətindən xəbər verir.

Mənbə həmçinin qeyd edib ki, Azərbaycanın quruda 3-5 min metr dərinliklərdə qazıntı texnologiyalarına malikdir və belə olan halda xaricdən köməyə ehtiyac yoxdur. O, belə bir nəticəyə gəlib ki, söhbət 10 min metrdən çox dərinliklərdən gedə bilər ki, buna Sonoco/Filips kimi bir şirkət nail ola bilər.

Hələ 1990-cı ildə “Azneft” istehsalat birliyinin aparıcı geoloqlarından biri “Turan”a bildirmişdi ki, təxminən 30-40 min metr dərinliklərdə böyük həcmdə karbohidrogen yataqları var, onların həcmi Azərbaycanın neft hasilatı tarixində bütünlükdə kəşf olunmuş və işlənilən yataqlardan çoxdur.

Həmin vaxt bu mənbə həmçinin bildirmişdi ki, Xəzərdə daha az dərinliklərdə böyük karbohidrogen yataqları var. Onlar Azərbaycan üçün daha əlverişli dövrdə işləniləcək. “Hələ 70-ci illərdə biz ölkənin ali rəhbərliyindən hasilatı və neft və qaz ehtiyatları haqqında göstəriciləri azaltmaq barədə gizli göstəriş almışdıq. Hamı başa düşür ki, Moskva istənilən halda gəlirin çox hissəsini əlinə keçirəcək və ehtiyatları gələcək nəsillər üçün saxlamaq daha yaxşıdır”, deyə geoloq bildirmişdi.

Azərbaycan müstəqilliyini elan etdikdən sonra ildə 9 mln. tondan 50 mln. tona qədər artan neft hasilatı “Azneft” mütəxəssisinin bu sözlərini təkrar edib.

Conoco/Phillips ABŞ-ın neft-qaz sahəsində ən iri şirkətlərindən biridir.

Dünyanın 40 ölkəsində şirkətdə 38 mindən çox insan işləyir. 2010-cu ildə şirkətin mədaxili 198,7 mlrd. dollar, xalis gəliri isə 11,358 mlrd. dollar təşkil edib.

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button