Azərbaycanın 2009-cu ildə aldığı silahlar

BMT-nin Adi Silahlar Registri Azərbaycanın 2009-cu ildə silah alışına dair hesabatını açıqlayıb

APA-nın Registrin veb-saytına istinadən verdiyi məlumata görə, Bakı 2009-cu ildə Belarusdan 9 ədəd 203 mm çaplı 2C7 «Pion» özüyeriyən artilleriya qurğusu (Rusiya istehsalı), Ukraynadan 29 ədəd 122 mm çaplı 2C1 «Qvozdika», 6 ədəd 152 mm çaplı 2C3 «Akatsiya» özüyeriyən haubitsa alıb.

Bundan başqa, Azərbaycan 2009-cu ildə aviaparkına Ukrayna və Belarusdan yeni hava döyüş vasitələri də daxil edib. Hesabatda yer alan məlumatlara görə, rəsmi Bakı 2009-cu ildə Belarusdan 5 ədəd «Su-25» (Rusiya istehsalı olan), Ukraynadan 1 ədəd «MiG-29 UB» döyüş təyyarəsi, həmçinin 11 ədəd «Mi-24» döyüş helikopteri alıb.

Cənubi Afrika Respublikası isə BMT-yə hesabatında ötən il Azərbaycan Müdafiə Nazirliyinə 10 ədəd «Marauder» tipli zirehli nəqliyyat vasitəsi satdığını açıqlayıb.

Qeyd edək ki, Azərbaycan BMT-nin Adi Silahlar Registrinə hesabatını noyabrın 5-də təqdim edib.

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button