Azərbaycanın səfiri Amerika Yəhudi Komitəsinin iclasında çıxış edib

 

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Mayamidə keçirilən Amerika Yəhudi Komitəsinin (AYK) İdarəetmə Şurasının sayca 110-cu illik iclasında iştirak edib.

Report.az “Morning Star” -a istinadən xəbər verir ki, 400 nəfərdən artıq iştirakçısı olan tədbirdə səfir də çıxış edib.

E.Süleymanov çıxışı zamanı müxtəlif hadisələr fonunda müsəlmanları yalnız müsəlman olduqları üçün iblisləşdirmək cəhdlərini tənqid edib. Səfir, həmçinin antisemitizm nüanslarının qabardılmasına da qarşı çıxıb. Onun sözlərinə görə, bu, hamıya zərər verə biləcək zəncirvari reaksiyaya səbəb ola bilər.

Görüşdə eyni zamanda Uruqvay, Bolqarıstan və Polşanın səfirləri, eləcə də digər yüksək səviyyəli ABŞ rəsmiləri çıxış edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button