Azərbaycanla Malta arasındakı korrupsiyanı araşdıran jurnalist öldürüldü

Məşhur Maltalı jurnalist Dafne Karuana Qalizia maşınının partladılması nəticəsində həlak olub. Bu barədə məlumatı “Malta today” qəzeti yayıb.
Məlumatda bildirilir ki, çox güclü bomba partlayışı nəticəsində jurnalist həlak olub. Jurnalistin cəsədi partlayış nəticəsində tanınmaz hala düşüb.
Qalizia Malta rəsmiləri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında korrupsiya əlaqələri haqqında araşdırma materialları ilə məşhurlaşmışdı.
Baş vermiş hadisəni Baş Nazir Cozef Muskat ifadə azadlığına qarşı iyrənc hücum kimi qiymətləndirib və cinayətkarlar cəzalandırılana qədər sakit olmayacağını bəyan edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button