Azərbaycanla Naxçıvan arasında əlaqə yaranacaq…

Paşinyan deyir...

Ermənistanın baş naziri Nikol Paşinyan regionda kommunikasiyaların bərpasının həm Yerevan, həm də Bakı üçün faydalı olduğunu deyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki,  Paşinyan bunu Ermənistanın Araqatsotn bölgəsində, Nerkin Bazmaberd kəndinin sakinləri ilə görüşdə deyib.

Baş nazir bildirib: “Kommunikasiyaların blokdan çıxarılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır. Yolların açılması Azərbaycan üçün ona görə faydalıdır ki, Naxçıvanla əlaqə yaranacaq. Ermənistan üçün də faydalıdır. Çünki Rusiya və İranla etibarlı dəmir yolu əlaqəsinə ehtiyacımız var. Bu isə o deməkdir ki, iqtisadiyyatımız əhəmiyyətli dərəcədə dəyişə bilər”.

N.Paşinyan onu da xüsusi vurğulayıb ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, hazırda Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil.

Baş nazir, həmçinin Ermənistanda vətəndaş qarşıdurmalarının qarşısını aldığını bildirərək, hazırkı daxili siyasətdən söz açıb. O, iqtidara kimin gələcəyinə yalnız xalqın qərar verə biləcəyini söyləyib.

Bundan əlavə, Paşinyan ölkədən qaçmayacağını bəyan edib.”Əgər xain olsaydım, çantalarımı yığıb qaçardım. Bir çox cəhətdən hökumətimizi günahlandırmaq olar, amma bu məsələlərə görə yox”, – deyə baş nazir bildirib.

Xatırladaq ki, Ermənistan, Azərbaycan və Türkiyə arasında kommunikasiyaların açılması Ermənistan, Azərbaycan və Rusiya liderlərinin noyabrın 10-da qüvvəyə minmiş Dağlıq Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanatında nəzərdə tutulub. Erməni cəmiyyətində bu Qərarın xeyri və ya ziyanı barədə yekdil fikir yoxdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button