Azərbaycanlı boksçu erməniyə qalib gələrək 1/4 finala çıxdı

Foto: Azərbaycan boksçusu ermənini udaraq 1/4 final mərhələsinə çıxdı (ƏLAVƏ OLUNUB 2) / Baku 2015 : EUROGAMES

Azərbaycan boksçusu ermənini udaraq 1/4 final mərhələsinə çıxdı 

 

Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir.
xural.com -un trend.az-a istinadən verdiyi xəbərə görə, iyunun 20-də Azərbaycan yığmasının 2 boksçusu rinqə çıxacaq. 52 kq çəkidə millimizin liderlərindən Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq. Avropa çempionumuzun rəqibi Mayls Kesi olacaq. İrlandiyalı boksçu Elvinə rəqib olmaq üçün əvvəlki mərhələdə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gəlib.

60 kq çəkidə WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Səlimov da Avropa Oyunlarında ilk döyüşünü bu gün keçirəcək. İdmançımız Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gələcək.

xxx

Elvin Məmişzadə 1/8 finalda Mayls Kesə qalib gələrək 1/4 finala çıxıb.

xxx

Albert Səlimov Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gəlib. Hər üç raundda udan Səlimov 1/4 final mərhələsinə çıxıb.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button