Azərbaycanlıların İQ-i niyə aşağıdır?

Tanınmış iqtisadçı-aıim Qubad İbadoölu sosial şəbəkədəki səhifəsində Azərbaycan vətəndaşlarının intellektual potensialına dair status paylaşıb.  

“IQ ingiliscə “İntelligence Quotie” sözündən götürülməklə hər bir insanın düşünmə qabiliyyətini və məlumat dərəcəsini müqayisəli olaraq ölçmək üçündür. İQ-yə “İntellekt əmsalı” da deyilir. Əslində İQ testləri bilik səviyyəsini deyil, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir və bu testlə uşaqların təfəkkürünün inkişafı ölçülür.

Sizə təqdim olunan xəritədə 2018-ci il üçün İQ testinin orta nəticəsi təqdim olunur. Azərbaycanda bu göstərici 80-dir. Təəssüf ki, bu göstəriciyə görə biz çox ölkələrdən geri qalırıq. Ən yaxşı halda Yaxın Şərqdə və Balkanlarda yerləşən ölkələrlə rəqabət apara bilsək də intellekt əmsalımız onlardan da azdır.

Yeri gəlmişkən, Albert Eynşteynin İQ testinin nəticəsi 160 olub, orta Azərbaycanlı göstəricindən 2 dəfə yuxarı.

(musavat.com)

Gubad Ibadoglu adlı şəxsin şəkli.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button