“Azərsu” yanında İctimai Şuranın növbəti iclası keçirilib

“Azərsu” ASC yanında İctimai Şuranın (İŞ) növbəti iclası keçirilib.

İclasın gündəliyində Şuranın davranış kodeksi və reqlamenti, həmçinin məsələlər yer alıb.

Ötən iclasda şura üzvlərinin irəli sürdüyü təkliflər yenidən müzakirə edilib, İctimai Şuranın etik davranış kodeksi və reqlamenti qəbul olunub.

Cari məsələlərdə şuranın loqosunun və blankının təsdiq olunması, daxil olan şikayət və ərizələrin elektron sisteminin yaradılması, ötən iclasda şuranın fəaliyyətinə dair irəli sürülən təkliflərə əlavələrin edilməsi ilə yenidən sistemləşdirilməsi, kargüzarlıqla əlaqədar işin təşkili, “Azərsu”yun kollegiya iclaslarında İŞ nümayəndəsinin iştirakının təmin edilməsi, müvafiq ictimai şuralarla və əlaqədar qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlıq memarondumunun imzalanması, şuranın fəaliyyətinin daha səmərəli təşkil olunması və digər məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İrəli sürülən təkliflər əsasında İctimai Şuranın fəaliyyət proqramının tərtib olunması qərara alınıb.

Fəaliyyət müddətində İctimai Şura üzvlərinə vətəndaşların, QHT-lərin və media nümayəndələrinin etdiyi müraciətlərlə əlaqədar “Azərsu”yun İctimaiyyətlə əlaqələr şöbəsi bütün məsələlərə operativ reaksiya verib və aidiyyatı qurumlara yönləndirilib. Buna görə də “Azərsu”yun rəhbərliyinə və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına minnətdarlıq ifadə olunub.

Şuranın sədri Rauf Zeyni bundan sonra da “Azərsu” ilə effektiv və faydalı əməkdaşlıq etməsi, şəffaflığın, ictimai nəzarətin və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button