Azad edilən ərazilərə investorların cəlb olunması ilə bağlı yeni strategiya hazırlanır

“Bizim 5 illik hədəfimiz azad edilmiş ərazilərdə iqtisadiyyatın inkişafına nail olmaqdır. İnvestorların cəlb olunması üçün isə həmin ərazilərimiz ilk növbədə iqtisadi cəhətdən cəlbedici olmalıdır”.

Bunu Xural.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, bununla bağlı Azərbaycan hökuməti tərəfindən yeni strategiya hazırlanır: “Milli Məclisdə qanunların təkmilləşdirilməsi, investorların stimullaşdırılması və bura gəlməsi üçün qanunvercilik bazasının hazırlanması istiqamətində çox ciddi işlər aparılır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button