Azad edilən ərazilərdə iki şəhərin Baş planının hazırlanmasına start verilib

3 milyon 941,2 min manata (2 318 milyon dollar)...

Sentyabrın 16-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Çapmen Teylor LLP” şirkətinə Cəbrayıl şəhərinin Baş planının tərtib edilməsini həvalə edib.

Bu, Azərbaycanda tərəflər arasında müsabiqədən kənar bağlanan ikinci rəsmi müqavilədir.

Dövlət satınalmalarının vahid portalının məlumatına əsasən, Cəbrayıl şəhərinin Baş planı 12 ay ərzində hazır olacaq. Bu işə görə Britaniya şirkəti Azərbaycan hökumətindən 3 milyon 644,8 min manat yaxud 2 milyon 144 min dollar alacaq.

Həmçinin sentyabrın 10-da Bakı Dövlət Layihə İnstitutu ilə Füzuli şəhərinin 8 aya təhvil verilməli olan Baş planının hazırlanmasına dair müsabiqədən kənar müqavilə imzalanıb. Müqavilənin dəyəri 991,2 min manatdır (583 min dollar).

Bu ilin may ayında “Çapmen Teylor LLP” şirkəti Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən 14 ay ərzində Şuşa şəhərinin Bağ planının hazırlanmasına dair müqavilə əldə edib. Müqavilənin dəyəri 3 milyon 941,2 min manatdır (2 318 milyon dollar).

May ayında Ağdam şəhərinin Baş planının hazır olduğu rəsmi olaraq açıqlandı.

Lakin onun kim tərəfindən və hansı vəsit hazırladığı barədə məlumat yoxdur. Sənədi dövlət başçısına iş adamı Ruslan Sadıqov təqdim edib.

“Çapmen Taylor LLP” şirkəti “Paşa Konstrakşın” MMC-nin sifarişi ilə Port Baku Tauers və Dəniz Moll layihələrin hazırlanmasında iştirak edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button