Rubrikalar: GÜNDƏM XuralTAC

Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:

1. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edirlər.

3. Müəyyən edilsin ki:

3.1. xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir;

3.2. xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin layihəsini və xüsusi nümayəndəliklərin fəaliyyətinin təşkilinə dair təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Baş Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəmə nəzarəti altında sərbəst buraxıla bilər. Xural.com "Habertürk"ə istinadən…

4 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

“Azərbaycan Hindistanla qarşıdurmada Pakistanı dəstəklədi”

"Əvvəlcə, müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə…

4 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda daha bir televiziya fəalliyətə başladı

Bu gündən Azərbaycanda daha bir internet televiziyası fəaliyyətə başlayıb. Lent.az-ın məlumatına görə, bu "Reallıq TV" internet televiziyasıdır. Televiziyanın rəhbəri tanınmış…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanın tanınmış tarixçi alimi koronavirusdan vəfat edib

Azərbaycanın tanınmış tarixçi alimi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib. Xural.com “Report”a istinadən xəbər verir ki, o, bu…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Laçın şəhəri: Rusiya sülhməramlılarının nəzarəti altında həyat…

Bir qrup xarici jurnalistlərlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən BBC rus xidmətinin reportyorları Rusiya sülhməramlı kontingentinin məsuliyyət…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Hərbçilərin maaşları məsələsinə yenidən baxıldı, ikiqat və 50 faiz artırıldı

“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi…

3 Mart 2021
Xural.COM