Azad Həsənov azad edildi

Müsavat Partiyasının üzvü 1 il şərti cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 5-də Müsavat Partiyasının üzvü Azad Həsənov haqda hökm çıxarıb. Hakim İradə Həsənzadənin sədrlik etdiyi prosesdə Azad Həsənov 1 il müddətinə azadlıqdan məhrum edilib. Müsavatçı barəsində həmçinin Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) tədbiq edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Azad Həsənov haqda 6 aylıq sınaq müddəti seçilib.

Prokuror 1,6 ay həbs cəzası istəmişdi. Vəkil Osman Kazımov apellyasiya şikayəti verəcəklərini bildirib.

Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənov ötən ilin oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib. Sərhəddi problemsiz keçən A.Həsənov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

O, Müsavat Partiyasının üzvüdür. Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilirdi. İttiham sübuta yetirilərdisə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button