Azadlığa çıxan MTN generalından anlamlı mesaj: “Mən Akif Çovdarovam…”-FOTO

Prezident İlham Əliyev tərəfindən  6 aprel 2020- ci ildə imzalanan əfv fərmanı ilə azadlığa buraxılan ləğv olunmuş MTN-nin energetika və nəqliyyatda təhlükəsizlik baş idarəsinin sabiq rəisi Akif Çovdarov artıq evindədir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı əfvə düşən şəxslər bir neçə gün xüsusi karantin rejimində qalıb.

Xural.com xəbər verir ki, gununsesi.org-un əməkdaşı  hazırda mənzilində olan Akif Çovdarovla əlaqə saxlayıb və onun azadlıqda ilk fotosunu əldə edib.

“Uzun müddətli həbs cəzasına məhkum olunan bir şəxs kimi  qısa zamanda azadlığa çıxacağınızı gözləyirdinizmi” sualına Akif Çovdarov belə cavab verib: “Mən Cənab prezidentə təşəkkür edirəm ki, bu gün azadlığa çıxmışam. İndi hamı ağlına nə gəldi, yazır. Mən bunlardan narahat olmuram. Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm. Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız. Başqa bir şey danışmaq istəmirəm. Sağ olun”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button