“Azadlıq” qəzetinin müxbirinə qarşı cinayət işi

Biləsuvar rayonunda “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədliyə qarşı xuliqanlıq ittihamı ilə (CM 221-ci maddə) cinayət işi açılıb. Əsədli yerli çayxanada xuliqanlıq etməkdə ittiham olunur.

“Azadlıq” qəzetinin saytında yerləşdirilən məlumata görə, jurnalistə qarşı yalançı şahid ifadə verib, Əsədlinin çayxanada “dövlət əleyhinə” bəyanatlar səsləndirdiyini iddia edib.

Əsədli ittihamları təkzib edir və ümumiyyətlə çayxanada olmadığını bildirir. DİN-dən şərh almaq mümkün olmayıb.

 

contact.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button