Rubrikalar: GÜNDƏM MANŞET QAYNAR QAZAN XuralTAC

“Azadlıq salnaməsi”ndə İqbal Ağazadə: “Milyonlarla dollar Arif Hacılıya çatıb…”-VİDEO

İqbal Ağazadə 2003-cü il oktyabrın 15-16-da baş verən hadisələrdən elə şeylər danışdı ki…


İqbal Ağazadə danışır: “Müsavatçılar gəlsinlər, pulun kimə, necə çatdırıldığının hesabını verim…”

Son günlər “Ümid” partiyasının sədri İqbal Ağazadə və Müsavat partiyasının başqanı Arif Hacılı arasında başlanan söz davası özünün zirvə nöqtəsinə çatıb. Meydan TV-də İqbal Ağazadə-Arif Hacılı debatında yaşanan ittihamlar ondan sonra nəinki azalmadı, artaraq davam etdi. Arif Hacılının debatı yarımçıq tərk etməsi Azərbaycan mətbu gündəmində indiyə qədər görünməsə də, İqbal Ağazadə sona qədər jurnalistin suallarını cavablandırdı. Bundan sonra Arif Hacılı Natiq Adilovun “Azadlıq qəzeti”ndə canlı yayına çıxıb və qarşılıqlı ittiham oradan davam edib.

“Azadlıq salnaməsi”ndə İqbal Ağazadənin müsahibəsini və məhz 2003-cü ilin oktyabr ayının 15-16-da baş verən hadisələri ehtiva edən hadisələri əhatə edən söhbəti hələ uzun müddət əvvəldən planlaşdırmışdıq – təxminən ilyarım bundan əvvəl. Amma vaxt edib qərarlaşdığımız bu müsahibəni götürmək mümkün olmadı. İndi tam zamanı gəldi və düşündük ki, vaxtıdır.

Bu baxımdan, bu müsahibə aylar əvvəl planlaşdırılan söhbət kimi qəbul olunmalıdır. Sadəcə, indi Meydan TV-dəki söhbət sözümüzü yerinə gətirdi.

İqbal Ağazadənin tükürpədici ittihamları var müsahibədə. Təbii ki, “Azadlıq salnaməsi” həm Müsavat partiyasının başqanı Arif Hacılının, həm də digər bir ittiham hədəfi olan İsa Qəmbərin, eyni zamanda İqbal Ağazadənin şahid kimi adlarını çəkdiyi Ramiz Rövşənin, Seyran Səxavətin, Pənah Hüseynin, Kamil Vəli Nərimanoğlunun, Rauf Arifoğlunun, Sərdar Cəlaloğlunun və digərlərinin də fikirlərini dərc etməyə, onların da münasibətini öyrənib yaymağa hazırdır. Hər kəs istədiyi qədər cavab haqqına malikdir və bu hadisələrin aydınlığa qovuşması cəmiyyət üçün də faydalı olar.

Beləliklə, Ümid partiyasının sədri İqbal Ağazadə “Azadlıq salnaməsi”ndə 2003-cü il oktyabrın 15-16-da baş verən hadisələrin pərdəarxasından danışır…

Əvəz Zeynallı

“Azadlıq salnaməsi”

Xural.com

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

DTX Neftçalayla bağlı açıqlama yaydı

Dövlət Təhlükəsizlik Xidməti Neftçala rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı açıqlama yayıb. “Qafqazinfo”nun DTX-yə istinadən verdiyi xəbərə görə, Neftçala…

20 Fevral 2020
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Rəhim Qazıyevin keçmiş kürəkəni tutulub

Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyən keçmiş kürəkəni tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

“Azərişıq”ın xəbərdarlığının pərdəarxası – işıq oğruları kimlərdir…

Ekspert: “Oğurluğun qarşısını yalnız qanunları sərtləşdirmək vasitəsilə almaq olar” “Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş ”Enerji sektorunda maliyə intizamının…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Ali Məhkəmənin 7 hakimi təqaüdə göndərilib

Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Virtualaz.org-un məlumatına görə, Ali Məhkəmənin sədri Plenumun iclasını…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Neftçalanın həbs olunan başçısı kimdir və niyə həbs edilib?

Kamran Əsədov başçının seçkiyə müdaxiləyə görə həbs edildiyini deyir “Geyimləri üzərində "xüsusi təyinatlı" yazılmış şəxslər bu dəqiqə Neftçala İcra Hakimiyyəti…

20 Fevral 2020
Xural.COM