Rubrikalar: GÜNDƏM MANŞET QAYNAR QAZAN XuralTAC

“Azadlıq salnaməsi”ndə Pənah Hüseyndən Ayaz Mütəllibova cavab-VİDEO

“Azadlıq salnaməsi”ndə tarixi sirr açıldı: “Elçibəyin tapşırığı ilə Ayaz Mütəllibovun yanına adam göndərdik…”

Pənah Hüseyn “Qaynar Qazan”a görə Ayaz Mütəllibova cavab verdi-VİDEO

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun “Qaynar Qazan”a verdiyi tarixi müsahibə rezonansa səbəb oldu. Fəaliyyəti boyunca ən uzun müsahibəni “Qaynar Qazan”a verən Ayaz Mütəllibovun səsləndirdiyi bəzi faktlar ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrində maraqlı reaksiyaya səbəb oldu. Bəzi insanlar cavab vermək üçün müraciət etdilər. Bunların sırasında bir çoxları ilə bərabər, AXC hökumətinin sabiq Baş naziri Pənah Hüseyn və sabiq Müdafiə naziri Rahim Qazıyev də vardı. Biz həm Pənah bəyin, həm də Rahim bəyin cavab haqlarını dərhal təmin etdik. Həm Rahim Qazıyevdən, həm də Pənah Hüseyndən Ayaz Mütəllibovun səsləndirdiyi iddia-ittihamlara cavab aldıq və etiraf etməliyəm ki, həm Pənah Hüseynin, həm də Rahim Qazıyevin cavabları olduqca maraqlı oldu. Güman etmək olar ki, Ayaz Mütəllibov onların dediklərinə geniş cavablar verəcək. Çünki istər Pənah Hüseyn, istərsə də Rahim Qazıyev Ayaz Mütəllibova verdikləri cavablarda çox ciddi və yeni faktlara toxunub, yeni ittihamlar səsləndiriblər. Cavablar dövrün mahiyyətini açmaqda tamaşaçılara kömək edəcək.
Əslində, Ayaz Mütəllibovun müsahibəsindən dərhal sonra olunan müraciətlər daha çox idi. Amma müsahibə tam bitəndən sonra bəzi dostlarımızdan səs çıxmadı – ola bilər, Mütəllibovun müsahibəsinin davamı onların ilkin qənaətlərini dəyişmişdi. Rahim Qazıyev və Pənah Hüseyn isə dediklərinin üzərində dayanıb cavab verdilər. Burada bir haşiyəyə çıxmamaq olmur. Belə ki, Rahim Qazıyev, elə Pənah Hüseyn də Ayaz Mütəllibovla bir dəyirmi masa ətrafında söhbətləşməyin daha doğru olacağını düşündülər. Xüsusilə, Rahim Qazıyev israrla debat təklif etdi və təklifinin Ayaz Mütəllibova şəxsən çatdırılmasını xahiş etdi. Biz də öz növbəmizdə hörmətli Ayaz Mütəllibova Rahim Qazıyevin debat təklifini çatdırdıq. Amma təəəsüf ki, bu təklif alınmadı. Ona görə də həm Pənah Hüseyndən, həm də Rahim Qazıyevdən ayrı ayrılıqda müsahibə götürməli olduq.


Pənah Hüseyn saat yarımlıq müddətdə Ayaz Mütəllibovun müsahibəsinə aydınlıq gətirir və onun dediklərinə cavab verir. Təbii ki, yenə bütün sualları əhatə edə bilmədik, amma güman edirik ki, bu, Ayaz müəllimlə ehtimal olunan debatlara giriş üçün yetərlidir. Yəqin yaxın zamanlarda o dövrün sirrləri ilə bağlı daha ciddi və sensasion debatlar təşkil edə biləcəyik.
Hələliksə, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun “Qaynar Qazan”a verdiyi müsahibədəki iddia və ittihamlarına keçmiş Baş nazir Pənah Hüseyn cavab verir.

Əvəz Zeynallı,
“Azadlıq salnaməsi”

Xural.com

Paylaş:

Son Əlavələr

  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Yaxın vaxtlarda Ərdoğan və Putin arasında yeni görüş keçirilə bilər – TƏHLİL

İqor Subbotin “Nezavisimaya qazeta”, 22.10.2020   Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın oktyabrın 22-də Moskvaya səfəri fonu Ankarada Dağlıq…

25 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ərdoğan: “Bu səhər İlham Əliyevlə danışdım”

"Azərbaycanlı qardaşlarımız bu mübarizədən qalib çıxacaqlar". "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Kayseri şəhərində çıxış…

25 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Mehriban Əliyeva xalqa çağırış etdi – “Daha diqqətli olaq!”

"Biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin…

23 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Hulusi Akar: “Ermənistan işğal etdiyi əraziləri tərk edəcək – bu qədər sadə”

Türkiyənin müdafiə naziri Hulusi Akar növbəti dəfə Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmaq üçün apardığı mübarizəyə dəstək verib və işğalçı Ermənistana,…

22 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Mustafa Şəntop “İmamzada”nı ziyarət edib

Türkiyə Böyük Mİllət Məclisinin sədri Mustafa Şəntop Gəncəyə səfəri zamanı "İmamzada" kompleksində olub. Xural.com xəbər verir ki, bu haqda M.Şəntopun…

22 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Qondarma rejimin keçmiş rəhbərləri Qukasyan və Saakyan həyəcanlı xəbəri çatdırmaq üçün Yerevana qaçdı

Qarabağdakı qondarma erməni rejiminin (bu oyuncaq rejimin sonuna az qaldığına əminik,-red.) keçmiş rəhbərləri Arkadi Qukasyan və Bako Saakyan təcili qaydada…

20 Oktyabr 2020
Xural.COM