Rubrikalar: GÜNDƏM MANŞET QAYNAR QAZAN XuralTAC

“Azadlıq salnaməsi”ndə Şəhriyar Məcidzadə danışır: “Ayaz Mütəllibova suallarım var”


Tərtər rayonunun sabiq icra hakimiyyətinin başçısı, Tərtər özünümüdafiə batalyonunun komandiri Sərdar Həmidovun haqqında son günlər bəzi açıqlamalar verilib. Bu açıqlamalar sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun “Azadlıq salnaməsi”nə verdiyi müsahibədən sonra başlanan qalmaqallı müsahibələrdə deyilib. İsgəndər Həmidovun nazir olduğu zamanlara aid verdiyi müsahibədən sonra “El hərəkatı” partiyasının sədri Əflan İbrahimov bizimlə əlaqə saxladı və İsgəndər Həmidova cavab vermək istədiyini dedi. Biz onun haqqını tanıyaraq Əflan İbrahimovla müsahibə götürdük və Əflan İbrahimov müsahibəsində bəzi qalmaqallı olaylardan danışdı. Əflan İbrahimov 1994-cü ildə Sərdar Həmidovun Moskvaya, Ayaz Mütəllibovun yanına göndərildiyini, onun Ayaz Mütəllibovdan bəzi xahişlər etdiyini dedi. Guya Sərdar bəy Ayaz Mütəllibovdan Tərtərin bir neçə kəndinin alınmasını xahiş edib. Bu skandal məlumatdan sonra zatən uzun zamandır planlaşdırdığımız Şəhriyar Məcidzadədən müsahibə götürmək arzumuz reallaşdı. Fürsət varkən digər suallara da aydınlıq gətirdik.

Şəhriyar Məcidzadə Azərbaycan ictimai-siyasi fikrinin önəmli cavanlarından biridir. Uzun müddət gənclər arasında təşkilatlanma ilə məşğul olub. Milli Fikir Mərkəzinin sədri kimi bir çox önəmli layihələrin müəllifi olub. Hakimiyyət bunu belə xor görüb və Milli Fikir Mərkəzini təqib edərək onun bağlanmasına yol açıb. Bizim söhbətimiz əslində, bu və digər suallar ətrafında olmalı idi. Amma İsgəndər Həmidovun və ona cavab verən Əflan İbrahimovun müsahibələrindən sonra Şəhriyar Məcidzadə ilə bizim də gündəmimiz dəyişdi.

“Azadlıq salnaməsi”nin 32-ci qonağı Tərtər qəhrəmanı Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadədir. Buyurun, dinləyin…

Əvəz Zeynallı,

“Azadlıq salnaməsi”

Xural.com

Paylaş:

Share

Son Əlavələr

  • SİYASƏT
  • XuralTAC

Yadigar Sadıqlı: “Müsavat dəyişmək istəmədi”

Y.Sadıqlı:"Müsavat dəyişmək istəmədi" Müsavat Partiyasının bu gün keçirilən başqanlıq seçkilərində 20 səs alan Yadigar Sadıqlı nəticələrə münasibət bildirib. O, öz…

13 Oktyabr 2019 8:00 axşam
  • GÜNDƏM
  • XuralTAC

Ərdoğan Azərbaycana səfər edəcək-Tarix açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb. Qeyd olunub ki, Türkiyə lideri…

13 Oktyabr 2019 7:34 axşam
  • GÜNDƏM
  • XuralTAC

Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçildi

Bu gün, oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən «Büllur» sarayda keçirilən Müsavat Partiyasının IX qurultayı başa çatıb. Xural.com-un verdiyi məlumata…

13 Oktyabr 2019 7:27 axşam
  • GÜNDƏM
  • XuralTAC

Türk Ordusuna Bakıdan kütləvi müraciət: “Bizi də sıralarınıza alın!”-VİDEO

Türk Ordusunun Suriyada başlatdığı "Barış pınarı" hərəkatına Azərbaycandan kütləvi dəstək var. Bunlardan biri də Naxçıvanın sabiq daxili işlər naziri Siyavuş…

13 Oktyabr 2019 1:20 axşam
  • DÜNYA
  • XuralTAC

“Barış bulağı” əməliyyatı: məhv edilən terrorçu sayı 415-ə çatıb

Suriyanın şimalında Türkiyə ordusu tərəfindən aparılan “Barış bulağı” antiterror əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD, YPG terrorçularının sayı 415-ə çatıb. APA xəbər…

12 Oktyabr 2019 12:42 axşam
  • GÜNDƏM
  • XuralTAC

“Bizə nəsə olsa, günahkar həm də Əli Həsənovdur”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın rəhbərlik etdiyi “Kaspi” liseyinin keçmiş baş mühasibi Tural Məmmədov və…

12 Oktyabr 2019 12:40 axşam
Xural.COM