“Azadlıq”ın müxbiri azad edilmədi

Şirvan Apellyasiya Məhkəməsi “Azadlıq” qəzetinin həbsdəki bölgə müxbiri Ziya Əsədlini azadlığa buraxmaqdan imtina edib.

Jurnalistin vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, apellyasiya şikayəti əsaslı sayılmayıb.

Bu gün, yanvarın 9-u keçirilən məhkəmə iclasında müdafiə tərəfi Z.Əsədliyə qarşı ittihamın və aşağı məhkəmənin hökmünün əsassız olduğunu diqqətə çatdırıb. Məhkəmədən jurnalist barəsində bəraət qərarı verilməsi istənilib.

Ancaq hakim Rafiq Cəfərovun sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin tələblərini rədd edib.

Vəkil Elçin Sadıqov qırarla razı olmadıqlarını bildirib. Məhkəmə qərarı təqdim edildikdən sonra Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Bakı/09.01.18/Turan: “Azadlıq” qəzeti-nin bölgə müxbiri Ziya Əsədli sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Həbs olayının detalları ilə bağlı indiyədək Ziya Əsədlinin həmyerlisi, ictimai fəal Yusif Mehdixanlı məlumat yayıb. Onun deməsinə görə, həbs jurnalistin Biləsuvardakı çayxanalardan birində üzləşdiyi insidentlə bağlı olub.

“Çayçı onun yanına gəlib deyib ki, çıx get burdan. O isə etiraz edib. Bildirib ki, bura çayxanadır, ictimai yerdir, çay içməyə gəlib. Telefonla danışırmış. Çayçı telefonu əlindən alıb yerə çırpıb. Ancaq çayçı məhkəmədə fərqli ifadə verdi. O dedi ki, Ziya Əsədli güyatelefonu onun başına vurub”, o, demişdi.

Yüsif Mehdixanlı bildirmişdi ki, hələ bir müddət öncə yazılarına görə, jurnalistə “torba tikiləcəyi” ilə bağlı xəbərdarlıq edib. O isə yazılarına davam edib.

Ziya Əsədliyə CM-sinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham edilib. Məhkəmə ona 3 il həbs cəzası verib.(turan informasiya agentliyi)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button