AZAL Naxçıvana getmək istəyənlərə müraciət etdi

“Azərbaycan Hava Yolları“ QSC (AZAL) Bakıdan Naxçıvana və geri istiqamətdə səyahət edən sərnişinlərə müraciət edib.

AZAL-dan verilən məlumata görə, tələbatın çox olması səbəbindən aviaşirkətin bu istiqamət üzrə uçuşlarına aviabilet satışı növbə əsasında həyata keçirilir: “Növbəyə yazılmaq üçün çağrı mərkəzimizlə əlaqə saxlamaq və sərnişinlərin sənədlərini saytımızdakı əks əlaqə forması və yaxud aşağıda qeyd olunan Whatsapp nömrələri vasitəsilə yazılı şəkildə göndərmək lazımdır:

Bakı-Naxçıvan uçuşları üçün: +994 55 204 65 54 (onlayn forma: https://help.azal.az/hc/az/requests/new…

Naxçıvan-Bakı reysləri üçün: +994 60 487 30 11 (onlayn forma: https://help.azal.az/hc/az/requests/new…)

Bir daha nəzərinizə çatdırırıq ki, sözügedən uçuşlarla bağlı çağrı mərkəzimizə telefonla müraciət etməyinizə ehtiyac yoxdur.

Daha ətraflı məlumatı video təlimatdan əldə edə bilərsiniz: https://youtu.be/Upi-pOfMECo”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button