Azay Quliyev: “AXC ilə bağlı qərar tarixi hadisədir”
Millət vəkili, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev prezident İlham Əliyevin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsini mühüm, tarixi hadisə adlandırıb.
Xural.com teleqraf.com-a istinadən xəbər verir ki, millət vəkili, tvitter hesabında prezidentin məlum addımı ilə bağlı açıqlama yayıb. Sitat: “Cənab Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi dövlətçilik tariximizin və demokratik ənənələrimizin təbliğinə, milli şüurun yüksəlişinə, dövlətimizə məhəbbətin, inamın artmasına təkan verən sanballı töhvədir, tarixi hadisədir”.