Azay Quliyev jurnalistləri təbrik etdi

Azay-Quliyev-yenishekil1
 19.07.13
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili. Azay Quliyev Mətbuat günü ilə bağlı media nümayəndələrini təbrik edib:

“Hörmətli media nümayəndələri!

Əziz mətbuat işçiləri!

Azərbaycan milli mətbuatının yaranmasından artıq 138 il ötür. Ötən müddət ərzində Azərbaycan mətbuatı uzun, keşməkeşli, şərəfli bir tarix yaşayıb, ağır sınaqlardan üzüağ çıxıb. İstər çar Rusiyası, istər SSRİ, istərsə də hazırkı müstəqillik dönəmində mətbuatımız daima xalqımızın mədəniyyətinin, tarixinin keşiyində duraraq çoxəsrlik milli ənənələrin qorunub saxlanılmasına böyük töhfələr verib. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra isə Azərbaycan mətbuatı üçün yeni dövr başlayıb. Belə ki, plüralistik cəmiyyətin qurulması jurnalistlərimizə fikrini azad şəkildə ifadə etmək, üstün dünya təcrübəsindən bəhrələnmək və milli maraqlarımızı qətiyyətlə müdafiə etmək imkanı yaradıb. Azərbaycan dövlətinin ifadə azadlığının təminatı, mətbuat işçilərinin sosial durumunun yaxşılaşdırılması istiqamətində qəbul etdiyi ardıcıl qərarlar bu gün dünyada böyük maraqla qarşılanır və alqışlanır.

Milli mətbuatımız eyni zamanda Qarabağ münaqişəsi başlanan dövrdən Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılmasında da böyük rol oynayıb və hazırda da bu işi uğurla davam etdirir. Vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissələrindən olan qeyri-hökumət təşkilatlarının da ölkəmizdə bərqərar olmasında, bu günki inkişaf səviyyəsinə çatmasında mətbuatımızın rolu danılmazdır.

Dəyərli media nümayəndələri!

Sizləri 22 iyul Milli Mətbuat günü münasibəti ilə təbrik edir, hər birinizə şəxsi və peşəkar həyatınızda uğurlar diləyirəm!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button