Rubrikalar: GÜNDƏM XuralTAC

Azay Quliyev: “Toqraqlarımızı tam olaraq işğaldan azad edəcəyik!”

“Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hücuma keçmiş və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə almışdır. Azərbaycan ordusu düşmənə ağır zərbələr vurararaq onu geri oturtmuş və bütün cəhbə boyu əks-hücuma keçmişdir. Daxil olan məlumatlara görə düşmən ordusu ciddi itki verərək geri çəkilir. Azərbaycanın qəhrəman əsgərləri tərəfindən 30 il işğalda qalmış kənd və qəsəbələrimiz düşmən tapdağından azad edilir”.

Musavat.com xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib: “Dövlətimiz, xalqımız və ordumuz üçün torpaqlarımızı tam olaraq işğaldan azad etməkdən ötrü tarixi şans yaranıb.
Odur ki, ictimai təşkilatlardan, siyasi partiyalardan, mətbuatdan və bütövlükdə xalqımızadan asılı olan nədirsə onu etməli və tarixi fürsəti qaçırmayaraq uzun müddət arzu etdimiz Qarabağın və ətraf rayonların işğaldan azad olunmasına nail olmalıyıq.

Bunun üçün:

1) Ali Baş Komandan və Ordumuzun ətrafında daha sıx və yumruq kimi birləşməliyik;

2) Xalq, millət və cəmiyyət olaraq hazırkı məsuliyyətli və tarixi dönəmdə Vətən naminə həmrəy olmalı, “hər şey cəbhə üçün, hər şey vətən üçün” devizi ilə yaşamalıyıq. Ayıq-sayıq olmalı və bütün sahələrdə düşmənin çeşidli təxribatlarını və panika yaymaq istəklərini vaxtında müəyyən edib qarşısını almalıyıq;

3)Cəbhəyanı rayonlarda yaşayan əhalimiz daha diqqətli olmalı və rəsmi məlumatlardan başqa heç bir xəbər və məlumatlara inanmamalıdır;

4) Ehtiyac olduğu təqdirdə hər birimiz yaşımızdan və tutuduğumuz vəzifədən asılı olamyaraq cəbhəyə getməyə, topaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazır olmalıyıq.

Bizim işimiz haqq işidir, Vətən uğrunda apardığımız mücadilədir!
Bu müqəddəs savaşda biz mütləq qalib gələcəyik!
Torpaqlarımızı tam olaraq işğaldan azad edəcəyik!

Allah Ordumuzu qorusun və müzəffər etsin!”

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Prezident İlham Əliyev xalqa müraciətinin TAM MƏTNİ-VİDEO

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Xural.com müraciətin tam mətnini təqdim edir: -Əziz həmvətənlilər. Bir aya…

26 Oktyabr 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Yaxın vaxtlarda Ərdoğan və Putin arasında yeni görüş keçirilə bilər – TƏHLİL

İqor Subbotin “Nezavisimaya qazeta”, 22.10.2020   Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın oktyabrın 22-də Moskvaya səfəri fonu Ankarada Dağlıq…

25 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ərdoğan: “Bu səhər İlham Əliyevlə danışdım”

"Azərbaycanlı qardaşlarımız bu mübarizədən qalib çıxacaqlar". "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Kayseri şəhərində çıxış…

25 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Mehriban Əliyeva xalqa çağırış etdi – “Daha diqqətli olaq!”

"Biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin…

23 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Hulusi Akar: “Ermənistan işğal etdiyi əraziləri tərk edəcək – bu qədər sadə”

Türkiyənin müdafiə naziri Hulusi Akar növbəti dəfə Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmaq üçün apardığı mübarizəyə dəstək verib və işğalçı Ermənistana,…

22 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Mustafa Şəntop “İmamzada”nı ziyarət edib

Türkiyə Böyük Mİllət Məclisinin sədri Mustafa Şəntop Gəncəyə səfəri zamanı "İmamzada" kompleksində olub. Xural.com xəbər verir ki, bu haqda M.Şəntopun…

22 Oktyabr 2020
Xural.COM