Rubrikalar: MƏTBUAT XuralTAC

Azerbaycanrealligi.com saytı məhkəməyə verildi

Azerbaycanrealligi.com xəbər saytının baş redaktoru Dəyanət Babayev məhkəməyə verilib. Bu haqda onun özü məlumat verib. İddiaçı şəxs “Salam Tur” şirkətidir. Şirkət Kərbəla və Məşhəd ziyarətlərini təşkil etməklə məşğuldur. Azerbaycanrealligi.com saytı 05.11.2018-ci il tarixli buraxılışında “Kərbəla ziyarətinə gedən gənc İraqda həbs olundu. Buraxılması üçün 6800 ABŞ dolları tələb olunur” başlıqlı yazı dərc etmişdir. Adı çəkilən yazıda “Salam Tur” şirkətinin rəhbəri Dadaşov Nurlan İslam oğlunun adına və şirkətin işgüzar nüfuzuna ziyan dəydiyi iddia olunur. Belə ki, Azerbaycanrealligi.com saytından yazının silinməsi və təkzib verib üzr istənilməsi, saytın Dadaşov Nurlanın işgüzar nüfuzuna dəymiş ziyana görə 5 000 min AZN, “Salam Tur” şirkətinin işgüzar nüfuzuna dəymiş ziyana görə isə 5 000 min AZN, ümumilikdə 10 000 AZN cərimə olunması tələb olunur.

Məsələ ilə bağlı Dəyanət Babayev dedi ki, “görünür, son zamanlar azad mətbuata qarşı hücumlar səngimək bilmir, elə biz də bunu gözləyirdik. Əvvəla, qeyd edim ki, sözügedən yazı ilə bağlı məlumatı bizə İraqda həbs olunan 1998-ci il təvəllüdlü gənc Fətullayev Hüseyn İltimas oğlunun yaxın qohumu verib. Bu xəbər yayıldıqdan sonra onun atası ilə əlaqə saxlamışıq. Həmçinin bu məsələ ilə əlaqədar başqa saytlar da maraqlanmış, baş vermiş hadisəyə aydınlıq gətirmişlər. Xəbəri saxlanılan şəxsin atası da təsdiq edib. Daha sonra şirkətin rəhbəri Dadaşov Nurlan bizə zəng vuraraq təhdid etmişdir və tələb etmişdir ki, xəbəri silək. Biz qeyd etmişdik ki, yazını silməklə məsələni həll edə bilmərik, əksinə, problemə aydınlıq gətirmək üçün sizin də mövqeyi verə bilərik. Şirkətin rəhbəri isə bizi məhkəmə ilə hədələmişdir. İndi bunlar mənim qeydiyyatda olduğum Neftçala rayonunun məhkəməsinə müraciət ediblər. Çox maraqlıdır, məhkəmə mənsiz hazırlıq iclası da keçirib, 23.01.2019-cu il tarixinə saat 11:30-da işə baxış təyin ediblər. Hakim köməkçisi yanvarın 22-ndə axşam təxminən saat 8-9 radələri arasında zəng vurub deyir ki, sabah məhkəməndir, gəl. Dedim: “Hal-hazırda axşamdır, gecdir. Məhkəməyə gəlməyə də maddi imkanım yoxdur. Zatən hazırlıq iclasıdır, zəhmət olmasa, təxirə salın”. Hakim köməkçisi söylədi: “Hazırlıq iclası artıq olub”. Soruşdum ki: “Mənim iştirakım olmadan necə hazırlıq iclası ola bilər? Bəlkə mən elə əsaslar, faktlar və vəsatətlər qaldıracağam ki, işin baxışa qoyulması rədd olunacaq?” Məhkəmə tərcübəsində bu dəfələrlə olub. Mən sabahkı məhkəmədə iştirak edə bilməyəcəyəm. Bayaq qeyd etdiyim kimi işi tezbazar yola verməkdə görünür haradansa tapşırıq alıblar. Bu, azad mediaya növbəti dəfə basqıdır. Məhkəməyə də sifarişlə müraciət olunub. Görünür, indi bu variantla təzyiq etmək istəyirlər. Bu da alınmayacaq. Sabahkı məhkəmə prosesi də mənsiz keçiriləcək, qərar isə qalıb hakim Əli Tağıyevin vicdanına”.

Paylaş:

This post was last modified on 23 Yanvar 2019 1:41 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Nəqliyyat pulları hara xərclənir?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 10 dekabr 2019-cu il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

11 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Fərəməz Novruzoğlu “Siyasət meydanı”nda: “İlham Əliyev parlamenti niyə qəfildən buraxdı?”-VİDEO

Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri, araşdırmaçı jurnalist Fərəməz Novruzoğlu 10 dekabr 2019-cu il, saat 17:00-da canlı yayında Xural TV-nin…

10 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

“Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq”-ŞOK

İlham İsmayıl Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq və Qarabağı təslim edəcək... Azərbaycan parlament seçkilərinə hazırlaşır. Ermənilər…

10 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Tural Abbaslı və Pənah Hüseyn “Siyasət meydanında”: “Seçkilərə kimlər gedir?..”-VİDEO

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və AĞ Partiyanın sədri Tural Abbaslı 09 dekabr 2019-cu il, saat 19:00-da canlı yayında…

10 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Zəlimxan Məmmədli “Siyasət meydanı”nda: “Müxalifət birləşə bilmir”-VİDEO

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli 09 dekabr 2019-cu il, saat 17:00-da canlı yayında Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

10 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Qüdrət Həsənquliyev Milli Məclisin Gəncəyə köçürülməsini təklif etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Moderator.az saytına qısa müsahibə verib. Müsahibəni xural.com oxucuları üçün təqdim…

8 Dekabr 2019
Xural.COM