Azerboru ASC –nin fəhlələri ayağa qalxdılar

azərboru

5 aydır halal maaşlarını ala bilməyən fəhlələri şirkət rəhbərliyinə xəbərdarlıq etdilər: “Maaşımızı almayana qədər sizə rahat yuxu yoxdur!”

“Baku Steel Company” şirkəti müflisləşirmi?

“Baku Steel Company” şirkətinin sahib olduğu Sumqayıtda yerləşən Azerboru ASC-nin fəhlələri son ayların maaşlarını ala bilmədikləri üçün ofisdə gecələməli olublar. Rəhbərlik tərəfindən dəfələrlə aldadıldıqlarını iddia edən fəhlələr şirin vədlər yox, artıq real nəticə görmək istəyirlər.

Azerboru ASC-nin fəhlələri tərəfindən xural.com –a ünvanlanan xəbərdə bildirilir ki, burada yüzə yaxın fəhlənin maaşı yeyilib, rəhbərlik də onu ödəmək niyyətində deyil: “ İnanın ki, banklarda kreditlerimizi vaxtında odəyə bilmədiyimizdən artıq məhkəmələrə verilmişik, xəstəmizə dərman ala bilmirik, uşagımıza fəsilə uyğun isti geyim ala bilmirik, 5 aydır evimize ərzaq ala bilmirik.  Fəhlələrin  90% -i artıq 8 aydır ki, məcburi olaraq 67%-lə evə buraxılıblar. Zavoda “Baku Steel Company” şirkəti  yiyələnən gündən fəhlələrin qara günü başlayıb. Azərbaycan metallurgiya sahəsində kriminal nüfuz qazanıb ve bütün rəqiblərini bazardan çıxaran “Baku Steel Company” şirkətinin guya indi pulu yoxdur ki, fəhlələrin halal əmək haqlarını ödəsinlər”. Mənbənin verdiyi məlumata görə, 5 aylıq ödənilməyən əmək haqqı o qədər də böyük məbləğ deyil. Əgər 67 faizlə ödəniş aparılarsa, hər fəhləyə təxminən aylıq 170 manat əmək haqqı veriləcək. Bu elə bir məbləğdir ki, fəhlələr o cüzi pulla belə ailələrini dolandırmaqda çətinlik çəkiblər. Bir tərəfdən ölkəni bürüyən işsizlik uzun illər zavodda canını qoyan orta yaşlı fəhlələrə heç bir yerdə işləmək şansı vermir. Bu səbəblə də onlar səbirlə rəhbərliyin vədinə inanaraq, hər gün əmək haqlarını alacaqlarını düşünüblər.

azərboru1

Və uzun 5 ay…

Fəhlələrin biri hiddətlə yazır ki, onun 3 övladı var və bir qızı da leykomiya xəstəsidir. Dərmanlara o qədər xərc çəkib ki, bankdan faizlə kredit götürməyə məcbur olub. Düşünüb ki, yaxınlarda maaşını alacaq və banın borcunu ödəyəcək. Lakin əmək haqqını ala bilmədiyi ötən 5 ayın faizi o qədər ağır gəlib ki, artıq ailə aclıqla üz-üzə dayanıb. Özünün 52 yaşı olduğu üçün də başqa heç bir yerdə işləyə bilmir, çünki bu məmləkətdə 52 yaşlı fəhləni işə götürmürlər: “Mən bu zavodda canımı qoydum. Budurmu mükafatımız?” deyə soruşur.

Maraqlı məqamlardan biri də odur ki, fəhlələrin halal əmək haqlarını ödəməkdən imtina edən “Baku Steel Company” şirkəti İranın metallurgiya sənayesinə sərmayə qoyur.

Əməkdaşları narahat edən bir məqam da odur ki, fəhlələrə qazandıqlarından dəfələrlə aşağı ödəniş aparılsa da, onların sabah işsiz qalmayacaqlarına heç kim təminat vermir. Əslində isə, “Baku Steel Company” şirkəti müqavilə razılaşmasına görə, zavodun inkişafına və işçilərinin rifahına nail olmalı idi.

Etirazçı fəhlələr işdən qovulmamaq üçün adlarının çəkilməsini istəməyiblər. Onlar buna səbəb kimi, bir neçə ay öncə digər media qurumuna şikayət ərizəsi yazan başqa bir fəhlənin ad verdiyi üçün işdən çıxarıldığını deyiblər.

Məsələ ilə bağlı “BAKU STEEL COMPANY” şirkətinin mövqeyini öyrənməyə çalışsaq da, rəhbərliyin şərhini ala bilmədik.

xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. ishchilerin adinnan bir qrup insan ofisle elaqe saxladiq maashlarimizin verilmemesi ile bagli. Zavodun ofisinden mesul shexsler bildirdilerki fehlelerin hele 20%-i hech iyul ayinin maashin ala bilmiyibler. Sorushandaki bes avqust ayinin pulunu ne vaxt vereceksiniz – bildirdilerki avqust ayinin maaahlarin dekabr ayinda verecekler.
    Veziyyetin ne qeder acinacaqli ve dehshetli oldugun anliyirmisiniz? Baku steel company shirketi maaaslari vere bilmirse bes hansi pulu Iranin metalurgiya sahesine yatirir? Gurcustan bu shirkete hansi ishine gore mukafat verir? Bu shirket ohdeliy goturub azerboru asc-ye sahiblenende. Ohdeliy yerine yetirilmirse dovletimiz niye bu shurketden bizim zavodu geri almir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button