Azercell “Korporativ Sosial Məsuliyyət və Media” seminarı keçirib

9-10 iyun Azercell MMC və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai birliyi birgə media nümayəndələri üçün “Korporativ Sosial Məsuliyyət və Media” adı altında seminar keçirdilər. Seminarda şirkətlərin reklamları və PR-larından başqa ictimaiyyətə yararlı olan sosial məsuliyyətlərlə də məşğul olmaları barədə, onların bu məsuliyyətləri nə dərəcədə yerinə yetirmələri barədə söhbət açıldı. Seminarda Korporativ Sosial Məsuliyyətin dünya təcrübələrinə də baxıldı. Dünyaca məhşur brendlərin sosial məsuliyyətlərini necə və hansı istiqamətlərdə yerinə yetirdiklərindən və bu işlərin dünya mediasında necə işıqlandırıldıqlarından danışıldı. Azərbaycanda isə hansı şirkətlərin sosial məsuliyyətlərini aktiv icra etdikləri və bunun da mediada necə işıqlandırıldığı müzakirə olundu. Seminarda Əhəd Kazımov xeyriyyəçiliklə Korporativ Sosial Məsuliyyətin fərqlərindən, xeyriyyəçiliyin bir dəfə ehtiyac sahibinə yararlı olacağı, amma KSM-in uzun müddət insanlara fayda verəcəyindən söhbət açdı.

Seminarın ikinci günü Azercell MMC-nin Sosial layihələri olan “Uşaq Qaynar Xətt Xidməti”, “Mobil Diş Klinikası” və “Mobil Göz Klinikası” turları təşkil olundu.

Uşaq Qaynar Xətt layihəsi 2010-cu ildən Təhsil Nazirliyi, Azercell və UNİSEF-in birgə əməkdaşlığı ilə fəaliyyətə başlayıb. Uşaq Qaynar Xəttinin səlahiyyətli şəxsi Tağıyeva Cəmilə  bildirdi ki, qaynar xəttə müraciət edən problemli uşaqların sayı gün keçdikcə artır. Cəmilə xanımın sözlərinə görə, bu günə qədər qaynar xəttə müraciət edən uşaqların 96-sı şiddətə məruz qalan uşaqlardır. Bunlardan 5-i küçədə, 25-i məktəbdə, 66-sı isə ailə içində şiddətə məruz qalıb.

Səfər turunun ikinci dayanacağı Azercell MMC-nin növbəti sosial layihəsi olan Mobil Diş və Mobil Göz klinikaları idi.

Mobil Diş və Mobil Göz Klinikaları ən son tibbi texnologiyalarla təchiz olunmuş maşınlarda qurulub. 2010-cu ilin ilk aylarından fəaliyyətə başlayan Mobil Diş Klinikası bu günə qədər Azərbaycanın bir çox ucqar rayonlarında yerləşən uşaq evlərində xidmət edib. Bu günə qədər Azərbaycanda iki minə yaxın uşağın stomotoloji müayinə və müalicəsini Mobil Diş Klinikası həyata keçirib.

İyun ayının 1-də açılışı edilmiş Mobil Göz Klinikası da ən yaxın zamanda uşaqlara xidmət üçün Azərbaycanın müxtəlif regionlarındakı uşaq evlərini ziyarət edəcək.

Təlimin sonunda jurnalistlərə Azercell Telekom MMC tərəfindən sertifikatlar təqdim edilib. Sertfikatları təqdim edən Azercell-in Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə qeyd edib ki, bu tədbir Azercell-in prioritet hesab etdiyi iki önəmli sahəni – Korporativ Sosial Məsuliyyət və medianı əhtə edir və bu sahə üzrə jurnalistlərin biliyi nə qədər çox olarsa, bundan həm onların özləri, həm də cəmiyyətimizin qazancı böyük olacaq.

Zəhra Hidayətqızı

P.S.  Zəhra Hidayətqızı təlimdə iştirak edib

“Xural” qəzetinin əməkdaşı Zəhra Hüseynli (Hidayətqızı) ABA-CEELI-nin Bakı ofisinin və Media Hüququ İnstitunun 31 may və 5 iyun 2011-ci il tarixlərində Bakı şəhərində təşkil etdiyi “Hüquqi önəmli mövzuların mediada effektiv işıqlandırılması” mövzusunda iki günlük təlimdə iştirakına görə şəhadətnamə ilə təltif olunub.

Təlimdə hüquqçu və jurnalistlərin birgə işləri barədə geniş müzakirələr aparılıb.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button