Azercell 3G tezliyi üçün Azerfona müraciət etməlidir?

Xəbər verildiyi kimi, kimi Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin 16 iyul kollegiya iclasında nazir Əli Abbasov texniki problemlərin həll edilməsindən sonra 3G lisenziyasının operatorlara veriləcəyini bəyan edib. Nazir  texniki problemlərin nədən ibarət olduğunu dəqiqləşdirməyib. Görəsən, bu texniki problemlər nədən ibarətdir? Bu sualla bağlı artıq 4 ildir ki, 3G lisenziyası üçün nazirliyə müraciət edən Azercell Telekom BM-nin mətbuat xidmətinə müraciət etdik. Şirkətin media üzrə mütəxəssisi Fəxri Abbasov bildirdi ki, həm yatırım, həm də infrastruktur baxımdan Azercell  4 ildir ki, 3G xidmətini göstərməyə hazırdır. Yeganə gözlənilən və çox güman nazirin də işarə etdiyi 3G üçün tezliklərin ayrılması problemidir. Tezliklər isə BBTV şirkətinə verilib. Odur ki, yeganə texniki problem kimi bu qalır.

Rəsmi qurumlar adətən tezlikləri milli sərvət kimi qeyd edirlər. Belə olan halda, 3G tezliklərinin hansısa kabel TV-nin sərəncamına verilməsi olduqca maraqlıdır. Belə olan halda bəs, Azerfon tezliyi necə aldı? Araşdırmalarımız nəticəsində məlum oldu ki, Azerfon və BBTV eyni sahibkara məxsusdur. Ona görə də, onun tezlik almasında problem olmayıb. Bu isə öz növbəsində həm də o deməkdir ki, Azercell tezliyi öz rəqibindən istəməlidir, bu da ki, olduqca qəliz məsələdir.

Bu fakt bir daha sübut edir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi vaxtı ilə naməlum səbəblərdən tezlikləri aidiyyatı olmayan qurumlara verib, hazırda isə onu qaytarmaqda acizdir. Nazirliyin 3G lisenziyasının yaxın vaxtlarda veriləcəyi haqda vədinə isə növbəti dəfə ictimaiyyəti aldatmaqdan başqa ad qoymaq olmur.

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button