Azercell Avroviziya-2012 Mahnı Müsabiqəsinin Əsas tərəfdaşı oldu

Avropa Yayım İttifaqı (AYİ) Azərbaycanın ən böyük mobil rabitə operatoru və “TeliaSonera” Qrupunun üzvü olan Azercell şirkətini Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Avroviziya 2012 Mahnı Müsabiqəsinin Əsas tarafdaşı kimi elan etmişdir. Üç şou – 22 və 24 may tarixlərindəki yarım final mərhələləri və 26 may tarixində final mərhələsi Azərbaycanın ictimai yayım şirkəti “İctimai TV” vasitəsilə televiziyada canlı yayımlanacaqdır.

Azercell Azərbaycanın mobil rabitə bazarında 55 faizdən artıq payı ilə ölkənin ən böyük mobil operatorudur və yeni texnologiyaları tətbiq edən, geniş çeşidli məhsul və xidmətləri təqdim edən təşkilat kimi Azərbaycanda mobil rabitə sahəsində tendensiyaları formalaşdıran qurum kimi tanınır. Azercell Nordik və Baltik ölkələrdə, İspaniya və Avrasiyanın formalaşan bazarlarında, Rusiya və Türkiyədə fəaliyyət göstərən Avropanın beşinci ən böyük telekommunikasiya şirkəti “TeliaSonera”-nın bir hissəsidir. “TeliaSonera” Helsinkidə 2007-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsinin də Əsas tarafdaşıolmuşdur.

2012-ci il üzrə Avroviziya Mahnı Müsahibəsinin Əsas tarafdaşı kimi Azercell-ə Azərbaycanda gözlənilən tədbirləri işıqlandırmaq məqsədilə geniş pan-Avropa media, assosiasiya, tədbir və xəbərləri hazırlayan media hüquqları verilmişdir.

Avroviziya TV-nin direktor vəzifəsini icra edən Yorqen Frank bildirmişdir: “Biz artıq bu mərhələdə Avropanın sevimli TV şousuna böyük maraq göstərən Azercell-in müsabiqədə Təqdim Tərəfdaş kimi çıxış etməsindən məmnunuq.”

Azercell Telekom MMC-nin Prezidenti Ali Ağan qeyd etmişdir: “Biz Bakıda Avroviziya 2012 Mahnı Müsabiqəsinin Əsas tarafdaşı olmaqdan qürur hissi duyuruq. Azercell hər zaman Azərbaycanın dünyada tanıdılmasına xüsusi əhəmiyyət vermiş və bu müsabiqə hamımız üçün gözəl bir fürsətdir. Biz Bakıda keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinin bir hissəsi olmaqdan fəxr edirik və bu sevinci 2012-ci ildə ölkəmizlə bölüşəcəyik”.

Avroviziya Mahnı Müsabiqəsi üçün Avropa Yayım İttifaqının hazırladığı beynəlxalq kommersiya və marketinq platformasının bir hissəsi olan saziş İsveçrənin Lusern şəhərində yerləşən T.E.A.M. (Televiziya Tədbirləri və Media Marketinqi AG) şirkəti tərəfindən razılaşdırılmışdır. Bu şirkət 2004-cü ildən etibarən Avroviziya Mahnı Müsabiqəsinin kommersiya hüquqlarına malik dünya miqyaslında eksklüziv marketinq agentliyidir.

Tarixi 1956-ci ilə təsadüf edən Avropaviziya Mahnı Müsabiqəsinin zəngin ənənə və irsi var. O, azad yayımlanan televiziya və “onlayn” formatında mühüm vaxtda Avroviziya peyk şəbəkəsi ilə canlı verilən əsl pan-Avropa televiziya proqramlarından biridir. Üç şou Avropa və onun kənarlarında yaşayan ümumi hesabla 100 milyondan artıq tamaşaçını cəlb edir.

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button