
Azercell-dən cəmi 10 azn-ə 15 dəq rominq
Azercell Telekom MMC abunəçiləri üçün yay ayları boyunca hazırladığı endirimli tarif paketlərini və sərfəli kampaniyalarını davam etdirir.
Yay mövsumu ilə əlaqədar xarici ölkələrə istirahət üçün üz tutanları nəzərə alan şirkət bu dəfə rominq xidməti çərçivəsində abunəçilərini sevindirməkdə davam edir. Belə ki, artıq Azercell-nin bütün Fakturasız xətt (SimSim) abunəçiləri rominq xidməti çərçivəsində sərfəli Rominq Danışıq Paketi əldə edə bilərlər.
Danışıq Paketini əldə etmək üçün abunəçi 8809 qısa nömrəsinə müvafiq açar sözünu yazıb göndərməlidi. 10 AZN ödəməklə 15 dəqiqə əldə edən abunəçi təqdim edilən dəqiqələrdən 30 təqvim günü ərzində istifadə edə bilər.
Qısa nömrə | Açar sözü | Rominq zənglər üçün dəqiqə sayı | Danışıq paketinin qiyməti, |
AZN, (ƏDV daxil) | |||
8809 | 15 D | 15 | 10.00 |
Abunəçi eyni zamanda 8809 qısa nömrəsinə STATUS sözünü yazıb göndərməklə, nömrədə paketin olub olmamasi haqqında məlumat əldə edə bilər. Eyni dövr ərzində abunəçi tərəfindən yeni Danışıq Paketi sifariş edildikdə, paketlərdən irəli gələn balanslar toplanılır və ən son sifariş edilmiş paketin istifadə müddəti ümumi balansdan vahid istifadə müddəti olaraq təyin edilir. Rominq xidmətini aktiv etmək üçün isə mobil telefonlarınızdan *135*1#YES kodunu yığmaq lazımdı. Qeyd edək ki, Azercell-in rominq xidməti çərçivəsində yeni Danışıq Paketi 40-dan çox operatorun şəbəkəsində tədbiq edilr.