Azercell-dən cəbhə xəttinə dəstək

Azercell sloqan

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell şirkəti cəbhə xətti boyunca döyüşlər gedən ərazilərdə, Füzuli, Ağdam və Tərtərdə olan abunəçilərinə şəbəkə daxili 60 dəqiqə pulsuz danışıq hədiyyə edir.

Abunəçilər hədiyyə dəqiqələrindən 1 ay ərzində istifadə edə bilərlər. 2 aprel 2016-cı il tarixindən Azercell-in texniki qrupu cəbhə bölgəsində kəsintisiz rabitəni təmin etmək üçün gərgin iş rejimində çalışır. Azercell-in hal-hazırda cəbhə xəttinə yaxın 70 stansiyası var.

Onların 35 faizindən çoxu avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. Azercell-in işçi qrupu tam həcmli xidmət göstərmək məqsədilə cəbhə xətti boyunca və ətraf ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində çalışır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button