Azercell–dən rominqdə olan abunəçilərinə hədiyyə


Azercell roming09.02.2015

Azərbaycanın lider mobil operatoru Azercell Telekom rominqdə olan abunəçiləri üçün daha bir yenilik təqdim edib. Belə ki, artıq rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışacaqlar. Həmin zəngin davam edən növbəti hissəsinin hər 1 (bir) dəqiqəsinə görə isə,hesablama intervalı 1 saniyə olmaqla, cəmi 0.70 AZN məbləğində xidmət haqqı tutulacaq. Azercell rominqdə olan abunəçiləri üçün ötən ildən başlayaraq inanılmaz endirmlər tətbiq edib.

Belə ki, ötən yay Azercell Telekom rominq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv etdi. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər. Bundan əlavə, Azercell yay ərzində rominq qiymətlərinə endirim etdi.Azercell-in abunəçiləri rominq xidməti çərçivəsində Rusiya, Türkiyə, Gürcüstan və Almaniyada endirimli tariflərdən faydalanaraq bu ölkələrdə olarkən bütün istiqamətlərə danışıqlar üçün cəmi 90 qəpik ödədilər. Gürcüstanda səfərdə olan abunəçilərin danışıq haqqı isə  1 dəqiqə üçün 47 dəqiqə tarifi ilə hesablandı. Şirkət, həm də, ötən ilin yanvar ayından etibarən  bütün istiqamətlər üzrə beynəlxalq zənglərin qiymətini də əhəmiyyətli dərəcədə endirdi. 1 yanvar 2014-cü il tarixindən başlayaraqAzercell abunəçiləri istənilən istiqamətlərdə dəqiqəsi 32 qəpik tarifi ilə danışırlar. Eyni zamanda, qeyd etmək lazımdır ki, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olunur. Bu müddət ərzində abunəçilər beynəlxalq zənglərin bir dəqiqəsinə yalnız 24 qəpik ödəyilər.

Hər zaman müştəri məmnuniyyətinə böyük önəm verən şirkət bundan sonra sərfəli kampaniya və endirimləri ilə onları sevindirəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button