Azercell ilə texnoloji zirvələri özün fəth et!

PicsArt_12-02-01.28.43“Bakutel 2015” sərgisində şirkət öz yeni stendində bütün iştirakçıları satış mərkəzi konsepsıyasından və qabaqcıl texnoloji həllərdən faydalanmağa dəvət edir!

2-5 dekabr 2015-ci il tarixlərində Bakıda keçirilən 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisində ölkənin lider mobil operatoru Azercell Telekom ziyarətçiləri geniş həcmli stendində qəbul edəcək!

Bu il Azercell öz müştərilərini yeni satış mərkəzi konsepsiyası ilə təəccübləndirəcək. Yaxın gələcəkdə Azercell-in bütün rəsmi satış mərkəzlərində tətbiq olunacaq yeni yanaşmanı ilk olaraq BakuTel iştirakçıları görəcəklər. Stendin yeni konsepsiyası ziyarətçilərə təqdim olunan məhsul və layihələrlə rahat tanışlıq, innovativ həll və rəqəmsal həyat tərzi üçün xidmətləri asanlıqla sınaqdan keçirməyə şərait yaradır. Burada Azercell illər ərzində topladığı bir sıra maraqlı müştəri təcrübələrini təcəssüm etdi.

Stendin müxtəlif bölümləri müştərilərin üzləşdikləri müxtəlif məsələlərin Azercell məhsullarının köməyi ilə asan həlli yollarını nümayiş etdirir. Məqsəd- hər bir müştəriyə nümunəvi servislər və fərdi yanaşma təklif edərək, onu ruhlandırmaq və həyatını asanlaşdırmaqdır. Stendin hər bir bölümü öz üslubuna, abu-havasına və məzmununa malikdir. İnteraktiv monitorlar və fərqli əlavələr ən qabaqcıl Telekom nümunələrini təmsil edərək, müştəriləri daim öyrənməyə və birgə təcrübə əsasında rahat istifadəyə dəvət edir.

Azərbaycanda və regionda  texnoloji liderliyini daha da möhkəmləndirmək üçün Azercell yüksək-texnologiya pərəstişkarlarını dördüncü nəsil (4G) / Long Term Evolution (LTE) texnologiyasından istifadə etməklə, sürətli İnternet sahəsində ən son yeniliklərin təqdim olunduğu “Yeni texnologiyalar” bölümünə dəvət edir. 4G texnologiyası 300 MB-ə qədər çatan inanılmaz sürət təmin edir və İnternet istifadəçilərinə istənilən yerdə tamamilə bənzərsiz təcrübəyə çıxış açır.

Bununla bərabər, Azercell “BakuTel 2015”-də, həmçinin, bir sıra digər texnoloji yenilikləri də sərgiləndirəcək: bunların hər biri Azərbaycan bazarında rabitə xidmətləri üzrə inqilabi dəyişikliklər təsbit edir. Növbəti texnoloji yenilik – WiFi üzərindən səsli xidmətlərlə bağlıdır. Bütün seyrçilər və xüsusilə də, Azercell abunəçiləri üçün bu rabitə sistemi üzərindən zəng etmək imkanı nümayiş etdirilir.

Siz hələ də son təqdim olunmuş smartfonları görməmisiniz? O zaman, sizi Azercell-in stendində gözləyirik. Yeni texnologiyaların dünyasına yaxından qovuşun və Azercell stendində daha zəngin təcrübə qazanın. Bu maraqlı səyahət zamanı yeni funksiyalardan zövq alacaq və smartfonlar haqqında biliklərinizi genişləndirəcəksiniz.

Hər zaman olduğu kimi Azercell öz müştərilərinin qayğısına qalır və əhalinin telekom sahəsində olan müxtəlif ehtiyaclarını qarşılamaq üçün geniş sayda məhsullar nümayiş etdirir. Mobil operatorun yeni həllərində marağı olanlar Azercell Stendinin FakturarlıFakturasız bölümlərinə üz tutmalıdırlar. Gənclər və digər İnternet həvəskarları üçün Azercell dinamik və əyləncə ilə zəngin olan GəncOL Portalı və cəlbedici GəncOL Loyallıq Proqramını əhatə edən GəncOL tarifini təqdim edir. Sözü gedən proqram çərçivəsində GəncOL müştəriləri böyük sayda kinoteatrlarda, dükan və restoranlarda, ticarət və əyləncə mərkəzlərində endirimlər əldə edirlər. Ölkənin ən geniş şəbəkəsi daxilində ünsiyyətə üstünlük verənlər üçün Azercell stendində 1 dəqiqəsi cəmi 4 qəpiyə olan Azercellim tarifi təklif olunur.

 

İnternetsiz həyatımızı təsəvvür etmək olarmı? Azercell öz stedinin İnternet bölümündə hər bir şəxsə sərf edəcək xüsusi endirimli İnternet paketlər nümayiş etdirir. 4G MiFi, 3G MiFi, 3G USB modemləri kimi Azercell-in genişzolaqlı həlləri və digər Data təkliflər müştərilərə hər yerdə mobil olmaq imkanı verir. BakuTel iştirakçıları maksimal sürətli və yüksək keyfiyyətli İnterneti özləri sınaqdan keçirə biləcəklər.

Yeni və fərqli bir təklif axtarırsınız? Azercell stendinin “Yeni xidmətlər” hissəsində kitabsevərləri xüsusi hədiyyə gözləyir. Azercell-in təqdim etdiyi Bookmate mobil proqram vasitəsilə telefonda, planşetdə və kompüterdə minlərlə əsərləri əldə edib oxumaq mümkündür. Endirimli abunə məbləği müqabilində Azercell abunəçiləri bədii, klassik, müasir və biznes ədəbiyyatından istənilən nümunə ilə tanış ola bilərlər. Azercell kitabsevər abunəçilərinə, hətta pulsuz mütaliə də bəxş edir.

 

Müsiqisiz həyatını təsvir edə bilməyən insanlar Azercell-in BakuTel-də təqdim etdiyi yeniliklər ürəyincə olacaq. Zvooq şirkəti ilə birgə əməkdaşlıqda baş tutan yeni “Music Streaming” proqramı çərçivəsində Azercell-lilər 25 milyon müxtəlif janrlı musiqi parçasını dinləmək imkanı əldə edirlər. Bu geniş siyahıda populyar xarici musiqi nümunələri ilə yanaşı, Azərbaycan musiqisinin inciləri də yer alıb. Sərgidə “Music Streaming” tətbiqini birbaşa sınaqdan keçirmək mümkündür.

 

Stendin “Yeni korporativ məhsullar” adlı bölümü Azercell kimi etibarlı tərəfdaşla biznesin rahat və effektiv idarə olunmasını təmin edən şirkətin korporativ müştəriləri üçün yaradılan unikal təkliflər yer alıb.

Bundan əlavə, Azercell müxtəlif təqdimatların keçirilməsi üçün xüsusi təlim otağının açılması ilə bu ilki sərgidə iştirakçılara tamamilə yeni, fərqli bir imkan da təklif edir. Azercell Akademiyası və Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin mütəxəssisləri tərəfindən informasiya texnologiyaları, startap proqramları, təqdimat bacarıqları və s. mövzular üzrə keçirilən peşəkar təlimlər istənilən sərgi ziyarətçisi üçün açıq olacaq. Proqram və ətraflı məlumat üçün Azercell-in rəsmi Facebook səhifəsini izləmək tövsiyə olunur: https://www.facebook.com/azercell

Ənənələrinə sadiq qalaraq, bu il də Azercell stendini ziyarət edən qonaqları artıq yaxşı tanınan
“Əyləncə Zonasında” müxtəlif maraqlı oyunlar, intellektual müsabiqələr və mükafatlar gözləyir.

BakuTel-2015 sərgisinə gəlib, Azercell-ə həm öyrənin, həm də əylənin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button