Azercell-in Barama mərkəziPAŞA Bank ilə əməkdaşlıq memorandumu imzalayır

Azercell PASHA bankTexnoloji innovasiyaların hakim olduğu bir zamandaAzercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq mərkəzi maraqlı layihələr həyata keçirməkdə davam edir. 2009-cu ildən fəaliyyətə başlayan Barama Mərkəzi ölkəmizdə  yerli startap-ların üzə çıxmasına yardımçı olaraq,gənclər arasında həm texnoloji savadın, həm də sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır. Mərkəz bazarda innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və Qeyri Hökumət Təşkilatları ilə da əməkdaşlıq edir.

Sevindirici haldır ki, Azercell-in Barama mərkəzi bu sahədə ölkənin aparıcı banklarından biri olan PAŞA Bank ilə əməkdaşlıq memorandumu imzalayıb. Hər iki şirkət üçünlayihənin əsas məqsədi Azərbaycanda İKT və qeyri-neft sektorunun inkişafına dəstək olaraqfərdi sahibkarlığın artmasına və güclənməsinə yol açmaqdır.

Xatırladaq ki, Azercell-in Barama Mərkəzi PAŞA Bank-la artıq ötən yay Bakıda keçirilmiş “SeedstarsWorld” müsabiqəsində də əməkdaşlıq edib. Qeyd edək  ki, PAŞA Bank Azərbaycan bank sistemində təşkilati strukturunda peşəkar iqtisadçı komandası olan nüfuzlu və etibarlı bankdır.Ölkədə bankçılığın, bu sahəyə aid texnologiyaların, eləcə də orta və kiçik biznesin inkişafı PAŞA Bankın üçün də strateji əhəmiyyət kəsb edən məsələlər sırasındadır.

Bu baxımdan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi iki nüfuzlu şirkətin məqsəd və maraqlarının qarşılaşdığı bir layihə olaraq, gələcəkdə uğurlu biznes əməkdaşlığı üçün mükəmməlimkanlar yaradır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button