Azercell şəbəkəsi güclənməkdə davam edir

Azercell sloqan14.04.2015

Şirkət bu ilin I rübündə daha 72 baza stansiya quraşdırdı

Azercell Telekom həm abunəçi sayına, həm də təqdim etdiyi rabitə xidmətinin keyfiyyətinə görə Azərbaycanın lider mobil operatoru olmaqda davam edir.Azercell-in təklif etdiyi keyfiyyətli rabitə abunəçinin harada olduğundan asılı olmayaraq öz yaxınları ilə hər zaman rahat əlaqə qurmaq imkanı deməkdir. 2014-cü ildə 169-dan çox 2G/3G Radio Baza Stansiyası quraşdıran və 3G şəbəkəsinin tutumunu rekord səviyyədə (ölkə üzrə 48%, Bakı şəhəri üzrə 92%) gücləndirənşirkət bu ilin I rübündə  daha 72  baza stansiyasını abunəçilərin istifadəsinə verib.  Azercell bu ilin yanvar ayında 5, fevralda 15,martda isə 30 sayda 3G baza stansiyası quraşdıraraq öz şəbəkəsini daha da gücləndirib. Bundan əlavə ölkənin lider mobil operatoru 22 sayda 2G baza stansiyasını abunəçilərin ixtiyarına verib. Ümumillikdə isə hal-hazırda ölkə ərazisində Azercell-in 2660 sayda 2 G, 1760 sayda 3G və 257 sayda 4G baza stansiyası mövcuddur.Hər zaman abunəçilərini yüksək səviyyəli xidmətlə təmin etmək üçün öz şəbəkəsini təkmilləşdirən Azercell toplam 4677 baza stansiyası ilə fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, Azərbaycanın ən geniş və güclü şəbəkəsinə sahib olan və daima keyfiyyəti ilə seçilən Azercell Telekom son iki il ərzində öz şəbəkəsini 25%faizdaha da gücləndirib.

Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən Azercell ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib.Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılmışdır. Azercell hər zaman olduğu kimi öz abunəçilərini ən qabaqcıl texnoloji yeniliklər və keyfiyyətli rabitə sisteminin üstünlüklərindənfaydalanmasını təmin etməkdədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button