Azercell şəbəkəsi güclənməkdə davam edir

azercellŞirkət  baza stansiyalarının sayını 4834-ə çatdırdı

 Azercell Telekom həm abunəçi sayına, həm də təqdim etdiyi rabitə xidmətinin keyfiyyətinə görə Azərbaycanın lider mobil operatoru olmaqda davam edir. Azercell-in təklif etdiyi keyfiyyətli rabitə abunəçinin harada olduğundan asılı olmayaraq öz yaxınları ilə hər zaman rahat əlaqə qurmaq imkanı deməkdir.

2014-cü ildə 169-dan çox 2G/3G Radio Baza Stansiyası quraşdıran və 3G şəbəkəsinin tutumunu rekord səviyyədə (ölkə üzrə 48%, Bakı şəhəri üzrə 92%) gücləndirən şirkət bu ilin əvvəlindən indiyə qədər yeni 2G, 3G və 4G baza stansiyasını abunəçilərin istifadəsinə verib.

Təkcə iyul ayı ərzində Azercell 10 sayda 2G, 36 sayda 3G baza stansiyası quraşdırıb. Ümumillikdə, hal-hazırda ölkə ərazisində Azercell-in 2690 sayda 2G, 1880 sayda 3G və 264 sayda 4G baza stansiyası mövcuddur. Hər zaman abunəçilərini yüksək səviyyəli xidmətlə təmin etmək üçün öz şəbəkəsini təkmilləşdirən Azercell toplam 4834 baza stansiyası ilə fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, Azərbaycanın ən geniş və güclü şəbəkəsinə sahib olan və daima keyfiyyəti ilə seçilən Azercell Telekom son iki il ərzində öz şəbəkəsini 25% faiz daha da gücləndirib.

Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən Azercell ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılmışdır.

Azercell hər zaman olduğu kimi öz abunəçilərini ən qabaqcıl texnoloji yeniliklər və keyfiyyətli rabitə sisteminin üstünlüklərindən faydalanmasını təmin etməkdədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button