“Azercell Telekom” MMC-nin rəsmi açıqlaması

Azercell bash direktoruTeliaSonera şirkətlər qrupunun Avrasiya biznes regionunu tərk etmək niyyəti barədə yaydığı məlumata dair  “Azercell Telekom” MMC-nin rəsmi açıqlaması

Bundan öncə həm Avrasiya, həm də Avropa regionunda fəaliyyət göstərən TeliaSonera özünün yeni strategiyası çərçivəsində səylərini İsveç və Avropada cəmləşdirmək məqsədilə Avrasiya ərazisindəki fəaliyyətini azaltmağa, nəticə etibarilə tamamilə regiondan çıxmaq planlarını həyata keçirməyə qərar verib.  Bu qərar Teliasonera şirkətlər qrupunun idarə heyəti tərəfindən qəbul olunub.

Qey edək ki, əsas səhmdarın Avrasiya regionuna aid şirkətlərdəki fəaliyyətini dayandırmaq niyyətinə baxmayaraq, Azərbaycanın mobil telekommunikasiya bazarının lideri “Azercell Telekom” MMC ölkə qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir və öz fəaliyyətini eyni şəkildə davam etdirəcək. Bizim məqsədimiz, hər zaman olduğu kimi,müştərilərimizə yüksək keyfiyyətli mobil rabitə xidmət göstərməkdir və bu məqsədimizə də daim sadiq qalaraq, müştərilərimizi yeni-yeni kampaniyalarla, tariflərlə və xidmətlərlə sevindirməkdə davam edəcəyik.

Azercell-in mətbuat xidməti qeyd olunmuş məsə ilə bağlı hər-hansı bir yenilik olduqda məlumatı media vasitəsi ilə ictimaiyyətlə paylaşacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button