Azercell Twitter sosial şəbəkəsində liderliyini qoruyur

azercell_twitter_socially_devoted_logo_220216

Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” növbəti dəfə yerli brendlər arasında “Twitter” sosial şəbəkəsində lider olub.

Şirkət “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsində yanvar ayında müştəri istəklərinin “100% cavablama” nəticəsini əldə edib. Mobil operatorlar arasından ən cox 656 sual Azercell-ə ünvanlanıb və təbii ki, bütün suallar operativ şəkildə cavablandırılıb. “Azercell”, eyni zamanda 2015-ci ilin oktyabr-noyabr-dekabr aylarının nəticələrinə görə də lider olub. Şirkət uğurlu nəticələrinə görə “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından ötən ilin IV rübü üçün “Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görülüb.

Məlumat üçün bildirək ki, “Azercell” ilk dəfə yerli şirkətlər arasında 2012-ci ildə “Twitter” rəsmi “verified” (təsdiqlənmiş) statusunu alıb. Hazırda Azercell-in Twitter-də 90 mindən artıq izləyicisi var və bu göstəriciyə görə də, “Azercell” Azərbaycandakı şirkətlər və mobil operatorlar arasında birincidir.

Xatırladaq ki, “Azercell” “Facebook” sosial şəbəkəsindəki rəsmi səfihəsində müştəri istəklərinin 100% cavablama nəticəsini də qazanaraq yerli brendlər arasında rekord göstəriciyə imza atıb. Hələ 2012-ci ildə “Facebook” səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə “Azercell” ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olub. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər “Azercell” səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb.

Qeyd etmək istərdik ki, “Azercell” həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operator olub. Bu yeniliklərin tətbiqində məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılmasıdır. Nəticədə “Azercell” abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.

Telekommunikasiya xidmətlərində liderliyini qoruyan “Azercell” hər zaman olduğu kimi, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiyalardan istifadə etmək imkanı yaratmağa çalışır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button