Azercell Whatsapp-a heç bir məhdudiyyət qoymayıb

azercell watchapxural.com-un Azercelldən aldığı məlumata görə, şirkət Whatsapp-a heç bir məhdudiyyət qoymayıb.

Azercell-in yaydığı məlumatda bildirilir: “Son günlər mətbuatda gedən yazılara cavab olaraq bildirmək istərdik ki, Azercell şirkəti tərəfindən Whatsapp əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və bununla bağlı şəbəkəmizdə heç bir problem qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, Azercell şirkəti bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlar üçün heç bir məsuliyyət daşımır.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button