Azercell yay rominq qiymətlərini endirdi

1Turkiye23.05.2014

Azercell Telekom MMC abunəçiləri üçün hazırladığı endirimli tarif paketlərini və sərfəli kampaniyalarını davam etdirir.Yay mövsumu ilə əlaqədar xarici ölkələrə istirahət üçün üz tutanları nəzərə alan şirkət bu dəfə rominq xidmətlərində endirimlər etdi.

2RusBelə ki, mayın 21-dən etibarən Azercell-in abunəçiləri rominq xidməti çərçivəsində Rusiya, Türkiyə, Gürcüstan və Almaniyada endirimli tariflərdən faydalana bilərlər. İndi Azercell abunəçiləri Rusiya, Türkiyə və Almaniyada olarkən bütün istiqamətlərə danışıqlar üçün cəmi 90 qəpik ödəyəcəklər. Gürcüstanda səfərdə olan abunəçilərin danışıq haqqı isə 1 dəqiqə üçün 47 dəqiqə tarifi ilə hesablanacaq.

Məlumat üçün bildirək ki, Azercell Telekom 1 yanvar 2014-cü il tarixindən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq edib. İndi Azercell abunəçiləri bütün beynəlxalq zənglərə görə cəmi 32 qəpik ödəyirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olunur. Bu müddət ərzində abunəçilər beynəlxalq zənglərinbir dəqiqəsinə yalnız 24 qəpik ödəməklə Azercell-in verdiyi bu üstünlükdən yararlana bilərlər. Bu xidmət zamanı Azercell-lilər yalnız saniyə hesabı danışıq haqqını ödəyirlər. Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” MMC 159 ölkənin mobil rabitə operatorları ilə 444 rominq sazişi bağlayıb.

3Almaniya 4Gurcustan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button