”Azimport” Meydan TV-ni məhkəməyə verir

Azimport

Şirkət rəhbərliyinin sorğuya cavabı və səs yazısı var

“Azimport” şirkəti Meydan TV-ni məhkəməyə verib. Buna səbəbə fevralın 22-də Meydan TV-də dərc olunan “10 il tender qalibi olan ”Azimport”” başlıqlı araşdırma yazısıdır.

Yazıda şirkətin əslində kimə məxsusluğu, gördüyü işlər, daimi tenderlərin qalibi olması barədə məlumatlar dərc olunub. Araşdırmada şirkətin rəhbərliyində təmsil olunan Azər Əsgərovun, eləcə də barəsində ittiham səsləndirilən hər kəsin münasibəti qeyd edilib.

Sorğu

”Azimport” şirkətinə ünvanlanan sorğunun cavabı

Virtualaz.org saytının məhkəmə ilə bağlı məlumatında qeyd olunur ki, Azər Əsgərovla bağlı göstərilən faktlar jurnalist fantaziyasından başqa bir şey deyil. Adı çəkilən şirkətdən bildiriblər ki, nə Azər Əsgərov, nə də ki şirkətin digər nümayəndələrindən heç biri Meydan TV-yə müsahibə verməyib. Bununla bağlı “Azimport” şirkəti və A.Əsgərov Baş prokurorluğa və məhkəmə orqanlarına müracət edib.

Meydan TV “Azimport” şirkətinə ünvanlanan sorğunun cavabını, eləcə də Azər Əsgərovun səs yazısını təqdim edir:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button