'Azneft' əməkdaşlarının dənizə düşərək öldüyü deyilir

Avqustun 24-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) iki əməkdaşı həlak olub.

“Azneft”dən “Turan”a bildirilib ki, NQÇİ-nin birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri aparılır. Əlavə edilib ki, “Neftqaztikinti” trestinin əməkdaşları- quraşdırıcı və qaynaqçı (ad və soyadları çəkilir) beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər: “Axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb”.

Hələlik, bu məlumata həlak olan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button